Icma.az
close
up
RU
Süni ət istehsalı dünyadakı aclıq problemini həll edə bilər? MÜTƏXƏSSİS AÇIQLAMASI FOTO

Süni ət istehsalı dünyadakı aclıq problemini həll edə bilər? MÜTƏXƏSSİS AÇIQLAMASI FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illərdə qida istehsalı sahəsində texnoloji inkişaflar sürətlə irəliləyib. Bu innovasiyalardan biri də laboratoriyada hazırlanan süni ətdir. Bir çox mütəxəssis süni ətin gələcəkdə qida sektorunda mühüm yer tutacağına inanır. Lakin bu texnologiyanın geniş istifadəyə verilməsi və əhalinin gündəlik qidalanma tərzinə daxil edilməsi bir çox suallar doğurur.

Laboratoriyada hazırlanmış süni ət həqiqətən də gələcəyin qidası hesab oluna bilərmi?

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, son dövrlərdə dünya əhalisinin sürətlə artması səbəbilə aclıq probleminin qarşısını almaq üçün yeni qida növlərinin istehsalı gündəmə gəlib:


“Bu kontekstdə, məhsuldarlığı yüksək olan genetik modifikasiya olunmuş bitkilərlə yanaşı, süni ət istehsalı da aktual mövzulardan birinə çevrilib.
Süni ət — laboratoriya şəraitində, əsasən bitki mənşəli zülallardan, təbii rəngləndiricilərdən və digər orqanik maddələrdən hazırlanan bir qida məhsuludur. Bu baxımdan onu funksional və zülal baxımından zəngin bir alternativ hesab etmək olar. Lakin süni ət ənənəvi ətin yerini tam şəkildə tuta bilməz. Ən azı hələlik.
Bu gün süni ət istehsalı olduqca bahalıdır və geniş miqyasda həyata keçiriləcək səviyyədə deyil. Laboratoriya şəraitində istehsal olunan bu məhsul, hələ ki, dünya miqyasında kütləvi istehlak üçün kifayət qədər mövcud deyil. Üstəlik, bu sahədə tam hüquqi və gigiyenik prosedurlar da tam şəkildə oturuşmayıb. Bu səbəbdən, süni ətin bazarda satış qiyməti də yüksəkdir.

Bununla belə, süni ətin gələcəkdə qaçılmaz bir alternativ olacağı düşünülür. Çünki bu texnologiya iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün əhəmiyyətli bir vasitə hesab olunur. Məlumdur ki, müasir heyvandarlıq, xüsusilə qapalı şəraitdə aparılan iri təsərrüfatlar, istixana qazlarının emissiyasına və ətraf mühitin çirklənməsinə ciddi təsir edir. Süni ət istehsalı isə bu mənfi təsirləri minimuma endirə bilər. Eyni zamanda, meşələrin qırılmasının qarşısını almaq, su və torpaq resurslarından daha səmərəli istifadə etmək baxımından da süni ət üstünlük təşkil edə bilər.

Lakin nəzərə almaq lazımdır ki, insanların genetik adaptasiyaları, yəni bədənlərinin ət tərkibindəki bəzi vitamin və minerallara ehtiyacı, süni ətə keçidi çətinləşdirə bilər. Digər tərəfdən, vegan həyat tərzini seçən insanların sayı getdikcə artır və bu da süni ətə olan marağı stimullaşdırır”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, süni ət istehsalında istifadə olunan texnologiya heyvan mənşəli xəstəliklərin, məsələn, salmonella və “E.coli” kimi bakteriyaların yayılma riskini də aradan qaldıra bilər:

“Bu məhsullarda antibiotik və digər kimyəvi dərmanlar istifadə olunmur, bu da onun sağlamlıq baxımından daha təhlükəsiz olduğunu göstərir. Nəticə etibarilə, süni ət hələ ki ənənəvi ətin yerini tam tuta bilməsə də gələcəkdə əhali artımı və qlobal resurs çatışmazlığı fonunda mühüm alternativə çevrilə bilər.
Göstərilən proqnozlara əsasən, dünya əhalisinin qısa zamanda 10 milyarda çatacağı gözlənilir. Bu, təbii ki, qida tələbatını artıracaq. Əgər bu artan tələbatın qarşılanmasında çətinliklər yaranarsa, süni ət alternativ bir həll olaraq ön plana çıxa bilər. Lakin, hər halda, qida məhsulları - istər bitki mənşəli, istərsə də heyvan mənşəli, dünya üzərində 200 mindən çox növdə mövcuddur. Bu qidaların doğru şəkildə istehsal edilməsi, istifadə olunması və paylanması ilə dünya əhalisinin hər birinin qida ehtiyacı qarşılanacaq”.

Məhsəti Hüseynova sonda bildirib ki, bu məqsədlə, ərzaq istehsalı və paylanmasında israfın qarşısı alınmalı, tarladan süfrəyə qədər bütün prinsiplərə əməl olunmalıdır:
“Kənd təsərrüfatı və qida istehsalı sahəsində düzgün idarəetmə və paylanma sistemi tətbiq edilsə, əhalinin hər bir fərdi üçün qida təchizatı təmin oluna bilər. Ən vacib məsələ isə bu qidaların düzgün şəkildə istifadə olunması və israfın minimuma endirilməsidir”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri