Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Fiziki və əmək tərbiyəsi uşaqların psixologiyasına müsbət təsir edir” MÜTƏXƏSSİS AÇIQLAMASI

“Fiziki və əmək tərbiyəsi uşaqların psixologiyasına müsbət təsir edir” MÜTƏXƏSSİS AÇIQLAMASI

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Müasir dövrdə uşaqların mental sağlamlığı cəmiyyətin inkişafı və gələcək nəsillərin rifahı üçün mühüm əhəmiyyət daşıyır. Məktəb mühiti şagirdlərin psixoloji durumuna böyük təsir göstərdiyi üçün təhsil sistemində yeni yanaşmaların tətbiqi vacibdir. 
Bu yanaşmalar arasında emosional intellektin inkişaf etdirilməsi, psixoloji dəstək proqramlarının genişləndirilməsi, stress idarəetmə texnikalarının tədrisi və dostluq mühitinin yaradılması kimi strategiyalar yer ala bilər. 

Bəs uşaqların mental sağlamlığını gücləndirmək üçün məktəblərdə şagirdlərə hansı yeni yanaşmalar tətbiq oluna bilər?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda uşaqlar həddən artıq tapşırıqlarla yüklənir:

“Daim testlər, ev tapşırıqları onların psixoloji yorğunluğuna və dərsə həvəssizliyinə səbəb olur. Müəyyən müddət bu yükə tab gətirsələr də, zamanla həddindən artıq yüklənmə onların motivasiyasını azaldır.

Məktəb psixoloqları xüsusi dərslər təşkil etməli, burada uşaqların emosional vəziyyətini, çətinliklərini araşdırmalıdır. Müəllimlər bəzən “Texnologiya”, “Musiqi” kimi fənlərdə nəzərdə tutulan dərsi keçmək əvəzinə testlər həlletməyə üstünlük verirlər. Bu isə uşaqların yaradıcılıq və sosial bacarıqlarının inkişafına mane olur. Məhz bu səbəbdən bir çox valideynlər övladlarını alternativ təhsil sistemlərinə yönləndirirlər.

Uşaqlar musiqi dərsində həqiqətən musiqi öyrənməli, əylənməli və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməlidirlər. Beyin yorğunluğunu azaltmaq üçün dərs saatları arasında meditasiya və xüsusi məşqlər təşkil edilməlidir. Sosial-emosional öyrənmə proqramları işlənib hazırlanmalı, uşaqların sosial bacarıqları formalaşdırılmalıdır.
Məktəblər müxtəlif ekskursiyalar, teatr səfərləri və digər sosial tədbirlər təşkil edərək uşaqların özlərini ifadə etmələrinə imkan yaratmalıdır. Bundan əlavə, rəqs, rəsmlə məşğul olan qruplar, yaradıcılıq dərnəkləri fəaliyyət göstərməlidir. Sovet dövründə olduğu kimi uşaqlar bacarıqlarına uyğun dərnəklərə yazılmalı, toxuculuq, əl işləri və digər praktik fəaliyyətlərlə məşğul olmalıdırlar”.


Psixoloq əlavə edib ki, hazırda isə valideynlər övladlarını bu cür qruplara yönləndirmək üçün əlavə vəsait xərcləməli olurlar:
“Çünki məktəblərdə bu cür fəaliyyətlər ya yoxdur, ya da məhdud saydadır. Nəticədə uşaqların vaxtı səmərəli keçmir, onlar daha çox telefona yönəlirlər.
Dünyada müxtəlif ölkələrdə tətbiq olunan təhsil sistemlərinə nəzər saldıqda görürük ki, Avropa və Türkiyədə uşaqlar aşağı yaşlardan daha əyləncəli və inkişafyönümlü proqramlarla təhsilə başlayırlar. “Montessori” metodikası kimi yanaşmalar tətbiq olunur və nəticədə uşaqların öyrənmə bacarıqları daha effektiv şəkildə inkişaf edir.
Məsələn, xarici ölkələrdə bağça yaşında uşaqlar yemək bişirməyi, məişət işlərini öyrənirlər, bu da onlarda özünəxidmət bacarıqlarını inkişaf etdirir. Lakin bizdə bağçalar və məktəblər hələ də klassik tədris metodlarını tətbiq edirlər. Müəllimlər izah edir, uşaqlar isə passiv şəkildə qulaq asır. Halbuki interaktiv və praktik öyrənmə metodları uşaqların inkişafına daha çox töhfə verərdi”.

Gülnarə Orucova sonda qeyd edib ki, təhsil sistemində yeniliklərə ehtiyac var:

“Uşaqların yalnız akademik biliklərə deyil, həm də həyati bacarıqlara yiyələnməsi üçün sistemli dəyişikliklər aparılmalıdır”.
Sosioloq Üzeyir Şəfiyevin fikrincə, sosial institut olaraq kütləvi informasiya vasitələri, sosial şəbəkələr və smart qurğuların istifadəsi uşaqların həyat tərzinə təsir edir və onların sağlamlığı üçün təhlükə yarada bilər:

“Bu, təkcə məktəblərin və müəllimlərin işi deyil, ailələrin də məsuliyyətidir. Uşaqların mental sağlamlığı ilə bağlı məsələ kompleks yanaşma tələb edir.
Bu gün bir çox uşaq bütün diqqətini smart qurğulara və sosial şəbəkələrə yönəldir. Bu, şübhəsiz ki, onların psixoloji sağlamlığına təsir edir. Bu problemlərin qarşısını almaq üçün ilk növbədə ailə və məktəb uşaqların enerjisini düzgün bölüşdürməli, maraq dairələrini şaxələndirməlidir. Uşaqlar yalnız smart qurğulara yönəlməməli, fiziki və əmək tərbiyəsinə cəlb olunmalıdır. Valideynlər və müəllimlər uşaqların vaxtını düzgün təşkil etməli, onların maraqlarını stimullaşdırmalıdır.

Bundan əlavə, uşaqlar üçün yaxın, orta və uzaq hədəflər müəyyən edilməlidir. Psixoloqların yanaşmasına görə, hər bir nailiyyətdən sonra daha böyük hədəf qoymaq uşaqlarda motivasiya və özünəinam formalaşdırır. Beləliklə, onlar başa düşür ki, həyat təkcə smartfon və internetdən ibarət deyil. Bu yanaşma uşaqlarda yaradıcı qabiliyyət, kreativ və innovativ düşüncə formalaşdırır”.

Üzeyir Şəfiyev qeyd edib ki, mental sağlamlıq problemləri daha çox monoton həyat tərzində yaranır:


“Bunun qarşısını almaq üçün uşaqların enerjisi düzgün istiqamətə yönəldilməli, maraqları inkişaf etdirilməlidir. Eyni zamanda, intellektual verilişlər uşaqların inkişafına töhfə verir. Məsələn, ictimai televiziyada yayımlanan "Əlaçı" kimi verilişlər uşaqların daxili potensialını üzə çıxarmağa kömək edir.
Mental sağlamlıq problemləri, adətən, uşaqların arzuları ilə imkanları arasında uyğunsuzluq yarananda baş verir. Buna görə də pedaqoqlar uşaqlarla düzgün işləməli, onların maraq dairələrini və bacarıqlarını nəzərə almalıdır. Bu cür yanaşma uşaqların psixoloji sağlamlığını qorumağa və onların harmonik inkişafına şərait yarada bilər”.
Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see237

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see207

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see200

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see177

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see176

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see170

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see160

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see153

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see147

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see147

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see146

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see144

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see142

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see139

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see139

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri