Icma.az
close
up
RU
Süni göllərdə yetişdirilən balıqlarla bağlı SENSASİON İDDİA

Süni göllərdə yetişdirilən balıqlarla bağlı SENSASİON İDDİA

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Havalar soyuduqca balıq məhsullarına tələbat artır. Lakin bu gün bazar və marketlərdə təklif olunan balıqların heç də hamısı dadlı və keyfiyyətli deyil. Xüsusilə nohurlarda yetişdirilən balıqlara maraq çox azdır. Çünki nohurlarda balıqlar xüsusi qaydada yetişdirilir. Verilən qidalar isə balıqların tez böyüməsinə və daha çox çəki almasına səbəb olur. 
Belə balıqlar yağlı olduqları üçün çox adam ondan imtina edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, balıqlar üçün xüsusi yemlər var:
“Əvvəllər balıq yemləri əsasən idxal olunurdu. Amma son zamanlar daha çox yerli yemlərdən istifadə olunur. Bir müddət əvvəl bizə müraciət daxil olmuşdu ki, Sabirabad rayonu ərazisindəki balıq nohurlarına insan nəcisləri axıdılır. Biz bu məsələni ictimailəşdirdik və rəsmi qurumlar bu iddianı təkzib etdi. Balıqçıların mənə verdiyi məlumata görə, bəzi balıq nohurlarında  yem kimi toyuq fermalarından çıxan peyindən istifadə edilir. Çünki həmin peyinə su dəydikdə qurdlayır və balıqlar da həmin qurdlarla qidalanır. Bu iddia isə rəsmi şəkildə təkzib olunmayıb”.
Müsahibimiz qeyd edib ki, balıq nohurları qaydalara görə ildə bir dəfə qurudulmalı, daha sonra ərazi şumlanmalıdır:
“Bir il ərzində həmin ərazidə taxıl bitkiləri yetişdirilməlidir ki, gələcəkdə yerə tökülmüş taxıl balıqlar üçün faydalı qida məhsulu olsun. Lakin balıqlar bir qayda olaraq süni yemlə qidalanır. Bu da balıqların tez böyüməsinə səbəb olur. Eyni zamanda, nohurlarda balıqlara müxtəlif baytarlıq dərmanları verilir. Mən bu səbəbdən hər zaman deyirəm ki, baytar əli çatmayan yerlərdə yetişmiş balıqları alın. Çünki belə balıqlar daha sağlam və dadlı olur”.
Surxay Atakişiyev, Bizim.Media
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri