Icma.az
close
up
RU
Süni intellekt ABŞ da əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər Araşdırma

Süni intellekt ABŞ da əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər Araşdırma

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 aprel, AZƏRTAC

Süni intellekt ABŞ-da ümumi əməkhaqqı fondu təxminən 1,2 trilyon dollar olan əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər. Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ABŞ-ın Ok-Ric Milli Laboratoriyası (ORNL) ilə birgə hazırladıqları “Iceberg Index” modelləşdirmə platforması əsasında apardıqları təhlilin nəticələrinə əsasən bu qənaətə gəliblər.

AZƏRTAC “CNBC” telekanalına istinadən xəbər verir ki, tədqiqatda “Iceberg Index” platformasının ABŞ üzrə təxminən 151 milyon işçinin qarşılıqlı fəaliyyətini imitasiya etməyə imkan verən alət olduğu qeyd olunur. Platforma həmçinin süni intellekt texnologiyalarının və dövlət siyasətinin əmək bazarına təsirini qiymətləndirməyə imkan yaradır.

Model dəqiq proqnozlaşdırma aləti kimi deyil, müxtəlif ssenarilərin təhlili üçün nəzərdə tutulmuş eksperimental mühit kimi nəzərdən keçirilir.

Platforma ölkə üzrə 3 min dairə çərçivəsində 923 peşə üzrə paylanmış 32 mindən artıq bacarığı təhlil edir və onları müasir süni intellekt sistemlərinin imkanları ilə müqayisə edir. Bu yanaşma texnologiyaların hazırkı inkişaf mərhələsində hansı tapşırıqların artıq avtomatlaşdırıla biləcəyini müəyyənləşdirməyə şərait yaradır.

Tədqiqatın nəticələrinə görə, kadrların idarə olunması, logistika, maliyyə və inzibati fəaliyyət sahələrində rutin funksiyalar ən çox təsirə məruz qalır. Eyni zamanda, informasiya texnologiyaları və hesablama peşələri də daxil olmaqla texnoloji sektor ümumi əməkhaqqı fondunun təxminən 2,2 faizini, yəni 211 milyard dollara yaxın hissəsini təşkil edir.

Müəlliflər vurğulayırlar ki, bu alət iş yerlərinin ixtisarının vaxtını və ya dəqiq miqyasını müəyyən etmək üçün nəzərdə tutulmayıb. Onun əsas məqsədi süni intellektin tətbiqinin mümkün nəticələrinin qiymətləndirilməsi, eləcə də əmək bazarının uyğunlaşma strategiyalarının hazırlanması üçün analitik əsas təqdim etməkdir.

“Iceberg Index” layihəsi çərçivəsində ABŞ-ın ayrı-ayrı ştatlarının hakimiyyət orqanları ilə, o cümlədən Tennessi, Şimali Karolina və Yuta ilə birgə eksperimentlər də aparılır. Onlar məşğulluq üzrə məlumatlar əsasında müxtəlif siyasi ssenariləri və potensial risklərin yumşaldılması üzrə tədbirləri sınaqdan keçirirlər.

Tədqiqat göstərir ki, süni intellektin təsiri ayrı-ayrı regionlar və ya sahələrlə məhdudlaşmır. Modelləşdirmə məlumatlarına görə, potensial dəyişikliklər ABŞ-ın bütün 50 ştatında, o cümlədən daxili və kənd ərazilərində əmək bazarını əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri