Süni intellekt ailə həyatını necə dəyişir? Ülviyyə Mehralıyevadan açıqlama
Icma.az, Milli.az saytına istinadən bildirir.
Ailə institutunun qorunması və cəmiyyətin dəyərlərinin, sağlam dəyərlərinin fundamentinin formalaşmasında özəl sektorun rolu var.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Paşa Maliyyə Holdinqi"nin İnnovasiyalar üzrə meneceri Ülviyyə Mehralıyeva "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, süni intellekt artıq fərdi səviyyədə olduğu kimi, ailə daxilində də vaxtın formalaşması və paylanmasında mühüm rol oynamağa başlayıb.
"Övladların öz dillərində danışan onlayn tyutorlara sahib olması, eləcə də gündəlik kommunal ödənişlər və fəaliyyətləri avtomatik tənzimləyən köməkçi agentlər valideynlərin vaxtına qənaət edir. Lakin burada əsas sual qənaət edilən bu vaxtın yenidən ailəyə, yoxsa digər sahələrə yönəldiləcəyidir ki, buna qərar verən əsas tərəf məhz valideynlərdir.
Valideynlərlə övladlar arasında rəqəmsal bilik fərqinin artması onların ümumi ünsiyyət sahəsini daralda bilər. Buna görə də böyüklərin rəqəmsal savadlılığının artırılması vacibdir. Fərdi məlumatların qorunmadan və məlumatsız şəkildə internetdə paylaşılması ailə daxilində ciddi problemlər yarada bilər",- deyə o bildirib.
Ü.Mehralıyevanın sözlərinə görə, mütəxəssislər hesab edirlər ki, texnologiya şirkətləri bazara hər hansı məhsul çıxararkən onun yaratdığı imkanlarla bərabər potensial riskləri də nəzərə almalı və cəmiyyətlə birlikdə bu risklərin aradan qaldırılması istiqamətində çalışmalıdırlar.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















