Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Süni intellekt ailələri DAĞIDIR?.. Yeni təhlükə ilə üz üzəyik

Süni intellekt ailələri DAĞIDIR?.. Yeni təhlükə ilə üz üzəyik

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə texnologiyanın insan münasibətlərinə təsiri getdikcə daha çox diqqət çəkir. Hətta bəzən süni intellektlə olan ünsiyyət real münasibətlərin önünə keçir. Real nümunələr göstərir ki, bu gün cütlüklər ailədaxili problemləri, münasibətlərdəki çətinlikləri ChatGPT-yə danışır, həll yollarını, dəstəyi süni intellekdən umur. Bu da ailə üzvləri arasında bağların qopmasına, ciddi problemlərin yaranmasına gətirib çıxara bilir. 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Nizami Orucov hesab edir ki, belə davranışlar əslində cəmiyyət üçün "siqnal" xarakteri daşıyır.

“İnsan - istər qadın, istər kişi olsun özünü yaxınından emosional olaraq uzaq hiss etdikdə, alternativ bir “dinləyici” axtarır. Süni intellekt burada təhlükəsiz dinləyici roluna keçə bilir. Lakin bu, heç vaxt real münasibətin yerini tuta bilməz. Çünki süni intellekt anlayışla cavab versə də, hiss edə bilmir və münasibətin dərin kontekstini duymağı bacarmır”.

N.Orucov qeyd edib ki, süni intellekt verilən məlumata əsaslanaraq analiz aparır. Halbuki nəzərə almaq vacibdir ki, ailədaxili münasibətlər yalnız faktlardan ibarət deyil:

“Keçmiş travmalar, emosional nüanslar, sosial rollar, gözləntilər, səssizliklər və bədən dili kimi bir çox faktorlar var ki, bunları yalnız insan-insan münasibətində anlamaq mümkündür. ChatGPT sizi dinləyə bilər, empatiya ifadə edə bilər, ancaq susqunluğunuzun arxasındakı təcrübələri təxmin edə bilməz”.

Psixoloqun fikrincə, süni intellekt münasibətləri pozan səbəb deyil, nəticədir:

“Əgər bir münasibətdə emosional bağ artıq zəifləyibsə və tərəflər bir-biri ilə deyil, texnologiya ilə daha çox ünsiyyətdədirsə, bu artıq bir soyuqluq siqnalıdır. İnsan əslində yoldaşından əvvəlcədən uzaqlaşıb, sadəcə indi bu boşluğu süni ünsiyyətlə doldurmağa çalışır. Yəni texnologiya bu uçurumu yaratmır, sadəcə görünən edir”.

Bu prosesin fəsadlarına toxunan psixoloq vurğulayıb ki, texnoloji "təskinlik" insanın real münasibətlərdəki problemlərdən qaçmaq meylini artırır. Konfliktləri həll etmək və birbaşa ünsiyyət əvəzinə, şəxs anlaşıldığını düşündüyü süni intellektlə təskinlik tapmağa çalışır. Bu isə münasibətləri daha da passiv və əlaqəsiz hala gətirə bilər:

“Digər tərəfdən, süni intellektin verdiyi cavablar bəzən yanlış və ya kontekstdən uzaq ola bilər. Bu da insanı səhv qənaətlərə aparır. Üstəlik, bu texnoloji "təskinlik" uzunmüddətli deyil, çünki insanda toxunmaq, baxmaq, birlikdə yaşamaq və emosional qarşılıqlılıq ehtiyacı həmişə qalır”.

Psixoloq sonda mövcud vəziyyətdən çıxış yolu kimi balansı qorumağı və texnologiyadan düzgün şəkildə istifadə etməyi tövsiyə edib:

“Süni intellekt psixoloji maarifləndirmə, düşüncə dəstəyi və özünü dərk üçün faydalı ola bilər. Lakin münasibətin özü ola bilməz. Cütlüklər bir-birinə zaman ayırmalı, dinləməli və anlaşmağa çalışmalıdır. Əgər münasibətdə çətinliklər varsa, açıq dialoqlar qurmaq, birgə hədəflər təyin etmək və psixoloq dəstəyindən yararlanmaq vacibdir. Axı biz insanlar texnologiyanın deyil, bir-birimizin sevgisinə və anlayışına ehtiyac duyuruq”.

Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev isə deyib ki, bütün bunlara görə, kütləvi informasiya vasitələrində (KİV) müəyyən süzgəc mexanizmləri tətbiq olunmalı, ailə dəyərlərini sarsıdan məzmunların yayılması məhdudlaşdırılmalıdır. Belə ki, biz bəzi hallarda süni intellekt texnologiyalarından istifadə olunaraq ailə institutuna qarşı manipulyativ yanaşmaların təşviq edildiyini görürük. Elə bu səbəbdən Prezident İlham Əliyev 19 mart 2025-ci ildə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellektlə bağlı Strategiyası”nı təsdiqləyib. Həmin milli strategiyada açıq şəkildə göstərilir ki, süni intellektin istifadəsində etik çərçivələr, təhlükəsizlik riskləri və hüquqi məsuliyyət məsələləri xüsusi yer tutur. 

Sosioloq, həmçinin sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunmasını təklif edib:

“Düzdür, Azərbaycan Cinayət Məcəlləsində sosial şəbəkə seqmentini nəzərə alan bəzi dəyişikliklər edilib. Məsələn, Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olunub. Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 37-ci maddəsində, Mülki Məcəllənin 3-cü maddəsində və Media haqqında qanunun 14-cü maddəsində də bu məsələlərə toxunulub. Eləcə də, Telekommunikasiya haqqında qanunda bu istiqamətdə dəyişikliklər nəzərdə tutulub”.


Ü.Şəfiyevun sözlərinə görə, bəzi istifadəçilər sosial şəbəkələri qarmaqarışıq "boşluq məkanı" kimi qəbul edir və orada məsuliyyətsiz,eyni zamanda zərərli paylaşımlar edirlər. Bu isə yolverilməzdir:

“Unutmayaq ki, ailə təkcə iki nəfərin münasibətindən ibarət deyil. Ailə - cəmiyyət, dövlət və toplum üçün strateji prioritetdir. Ailə sabit və sağlam olanda psixoloji rifah, sosial təhlükəsizlik təmin olunur və boşanmaların sayı azalır. Əks halda cəmiyyət də, dövlət də zəifləyir. Bu səbəbdən yalnız dövlət deyil, ictimaiyyət, media və vətəndaş cəmiyyəti də ailə dəyərlərinin qorunması üçün birlikdə çalışmalıdır. Televiziya proqramlarında ailə dəyərlərinə həsr olunmuş verilişlər daha çox yer almalıdır. Sosial şəbəkələrdə isə nəzarət mexanizmləri gücləndirilməlidir”.

Müsahibimiz onu da əlavə edib ki, süni intellektin imkanlarından istifadə edərək ailə dəyərlərini sarsıdan manipulyativ məzmunların qarşısını almaq zamanıdır: “Qadınların hüquqi maarifləndirilməsi işi düzgün şəkildə təşkil olunmalıdır. Təəssüf ki, bəzən bu proses qadınları kişilərə qarşı qoymaq formasında aparılır. Bu isə ailə münaqişələrinin və boşanmaların artmasına səbəb olur. Bu səbəbdən koordinasiyalı fəaliyyət vacibdir. Media, cəmiyyət və dövlət birlikdə ailə dəyərlərinin qorunması istiqamətində hərəkət etməlidir. Ona görə də çalışmalıyıq ki, ailə dəyərlərimizi qoruyaq və onları gələcək nəsillərə ötürək. Çünki ailə bizim üçün prioritet və strateji əhəmiyyətə malik institutdur”.


Aytac Bəhruzqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri