Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Süni intellektin tətbiqi yaxın illərdə bank əməliyyatları, dizayn və marketinq sahələrində insan əməyinə tələbatı azalda bilər.
Bu barədə təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun fikrincə, avtomatlaşdırmanın genişlənməsi bəzi peşələrin sıradan çıxmasına, digərlərində isə iş üsullarının dəyişməsinə gətirib çıxaracaq:
“Bir neçə ildən sonra bəzi ixtisaslara ehtiyac azalacaq. Xüsusilə bank sektorunda operatorların və əməliyyatçıların yerinə yetirdiyi işlərin, eləcə də dizayn sahəsində müəyyən tapşırıqların süni intellekt vasitəsilə icrası genişlənəcək.
Bu proses marketinqdən də yan keçməyəcək. Növbəti illərdə pedaqoji və humanitar sahələrdə də süni intellektin təsiri hiss olunacaq”.
Ekspert bildirib ki, istehsalatda avtomatlaşdırılmış sistemlərin tətbiqi də insan əməyinə ehtiyacı azaldacaq:
“Maşın və avadanlıqların idarə edilməsində süni intellektə əsaslanan sistemlərdən istifadə genişlənəcək. Nəticədə müəyyən proseslərdə əvvəllər 10–15 nəfərin gördüyü işi bir nəfər süni intellektin köməyi ilə yerinə yetirə biləcək”.
Elçin Əfəndi ixtisas seçən gənclərə texnologiya sahəsindəki dəyişiklikləri nəzərə almağı tövsiyə edib:
“İnformasiya təhlükəsizliyi, data analitikası, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi və proseslərin avtomatlaşdırılması kimi ixtisaslara diqqət yetirmək lazımdır. Gənclər gələcəkdə ölkəmizdə yaradılacaq yeni ixtisaslarla da maraqlanmalıdırlar. Bu istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnmək onların əmək bazarında iş tapmaq imkanlarını artıra bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















