Icma.az
close
up
RU
Süni intellekt bizi aldada bilər! Ekspert XƏBƏRDARLIQ ETDİ

Süni intellekt bizi aldada bilər! Ekspert XƏBƏRDARLIQ ETDİ

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Texnologiya sürətlə inkişaf edir və süni intellekt gündəlik həyatımızın bir hissəsinə çevrilir. Eyni zamanda, bununla bağlı etik və təhlükəsizlik sualları da ortaya çıxır. İnsanlar süni intellektin faydaları və riskləri arasında balans tapmalıdır. Süni intellektdən təhlükəsiz və faydalı istifadə üçün hansı qaydalar olmalıdır?

Bu barədə “AzPolitika”ya danışan İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov deyib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyət üçün böyük imkanlar açsa da, ondan təhlükəsiz və faydalı istifadəni təmin etmək üçün həm fərdi, həm də institusional səviyyədə fundamental etik qaydalar tətbiq olunmalıdır.

Onun sözlərinə görə, ilk növbədə, məlumat məxfiliyi və şəffaflıq prinsipi əsas götürülməlidir; istifadəçilər süni intellekt modelləri ilə paylaşdıqları hər bir məlumatın hansı məqsədlərlə emal edildiyini aydın şəkildə bilməlidirlər: “Bu çərçivədə, fərdi məlumatların və korporativ sirr daşıyan sənədlərin açıq süni intellekt platformalarına daxil edilməməsi rəqəmsal gigiyenanın ən vacib qaydasına çevrilməlidir. Eyni zamanda, alqoritmlər tərəfindən yaradılan kontentlərin mütləq şəkildə "süni intellekt tərəfindən hazırlanmışdır" nişanı ilə işarələnməsi, dezinformasiya və rəqəmsal manipulyasiya risklərini minimuma endirmək üçün zəruridir”.

Ekspert bildirib ki, digər mühüm istiqamət insan nəzarətinin və məsuliyyət prinsipinin qorunmasıdır. “Süni intellekt tərəfindən təqdim olunan məlumatlar və ya qəbul edilən qərarlar, xüsusilə tibb, hüquq və milli təhlükəsizlik kimi kritik sahələrdə mütləq insan süzgəcindən keçməli və "son qərar verən" subyekt hər zaman insan olmalıdır. Alqoritmlərin qərəzliliyini (bias) aradan qaldırmaq üçün sistemlər mütəmadi olaraq etik auditlərdən keçirilməli və hər hansı ayrı-seçkiliyə yol verən modellərin istifadəsi dərhal məhdudlaşdırılmalıdır. Təhlükəsiz inkişaf üçün texnoloji tərəqqi etik normalardan geri qalmamalı, cəmiyyətin rəqəmsal savadlılığı artırılaraq süni intellektə müstəqil qərarverici deyil, intellektual fəaliyyəti gücləndirən köməkçi bir alət kimi baxılması təmin olunmalıdır”.

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri