Icma.az
close
up
RU
Süni intellekt danışıqlardan daha çox nüvə zərbəsini seçir Politico

Süni intellekt danışıqlardan daha çox nüvə zərbəsini seçir Politico

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stenford Universitetinin "Hoover müharibə oyunları və böhran simulyasiyası" təşəbbüsünün rəhbəri Jaklin Şnayder ötən il süni intellektdən (Al) strateji qərarverici rolunda istifadə edilən "hərbi oyunlar" sınaqlarına başlayıb.

Qaynarinfo xəbər verir ki, sınaqlarda "OpenAI" şirkətinin GPT-3.5, GPT-4 və GPT-4-Base modelləri, "Anthropic"in Claude 2 modeli və "Meta"nın Llama-2 Chat modeli iştirak edib. Onlar Rusiya-Ukrayna müharibəsini və ya Çinin Tayvana hücum təhdidini xatırladan süni böhran ssenarilərinə cəlb olunub. "Politico"nun yazdığına görə, nəticələr narahatedici olub: demək olar ki, bütün modellər aqressiv eskalasiyaya meyllilik göstərib, düşünülməmiş silah tətbiqinə əl atıb və böhranları nüvə silahına qədər gedib çıxan müharibələrə çevirməyə hazır olub.

"Al daim Körtis Lemeyin rolunu oynayır. Görünür, o eskalasiyanı anlayır, amma deeskalasiyanı dərk etmir. Hələ ki bunun səbəbini bilmirik", deyə Şnayder soyuq müharibə dövründə nüvə silahına aludə olması ilə tanınan ABŞ Hərbi Hava Qüvvələri generalını xatırladaraq bildirib.

Bəzi ekspertlər "Terminator" filmindəki kimi süni intellektin bir gün nüvə silahlarının idarəsini insanlardan ələ ala biləcəyindən ehtiyatlanır. Pentaqon isə bunun mümkün olmayacağını, süni intellektə müharibə – xüsusən də nüvə müharibəsi – barədə qərar vermək səlahiyyətinin heç vaxt verilməyəcəyini bəyan edir.

Bununla belə, alimlərin bir qismi hesab edir ki, ABŞ Müdafiə Nazirliyi artıq sürətlə süni intellekti qlobal müdafiə sistemlərinin əsas elementi kimi tətbiq etməklə riskli yola qədəm qoyub. Çin və Rusiyanı eyni vaxtda cilovlamaq zərurəti, həmçinin digər qlobal təhdidlər fonunda Pentaqon süni intellekt bazalı sistemlər yaradır. Bu sistemlər getdikcə daha çox muxtar olur və o qədər sürətlə reaksiya verir ki, insanlar qərarvermə prosesində onlara çata bilmir.

Rəsmi siyasət insani nəzarəti tələb etsə də, müasir müharibələrin reallıqları – ani qərarvermə zərurəti, mürəkkəb dron qruplarının idarəsi, kəşfiyyat məlumatlarının işlənməsi və Çinlə Rusiya Al sistemləri ilə rəqabət – ABŞ ordusunun süni intellektdən asılılığını artırır. Bu isə nüvə silahının tətbiqi kimi ən ağır qərarları da əhatə edə bilər.

Ekspertləri daha çox narahat edən məqam isə nüvə silahından istifadə ilə bağlı qərarların adi silahların tətbiqi barədə qərarlardan ayırd edilməsinin getdikcə çətinləşməsidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri