Icma.az
close
up
RU
Süni intellekt dostmu, düşmənmi?

Süni intellekt dostmu, düşmənmi?

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bütün hallarda insan texnologiyanı idarə etməli, texnologiya insanı yox


Çox güman ki, hər birimiz "Sehrli xalat" fantastik komediya filmimizlə tanışıq. Düzdür, janr olaraq nə qədər fantastik deyə adlandırsaq da, lakin bir çox epizodlar günümüzlə səsləşməyi bacarır. Belə ki, bu film keçmişlə gələcək arasında, sözün əsl mənasında, "körpü" rolunu oynayır. Filmdə gələcəkdə kainatda baş verə biləcək dəyişikliklər, hətta zamanında ağıllara gəlməyən yeni texnologiya metodlarından istifadənin şahidi oluruq. Lakin bir də filmdə adı keçməyən, adı keçənlər qədər təəccüb doğurmağı bacaran və hazırda həyatımızın ayrılmaz parçasına çevrilən "yenilik" var. O yenilik ki, bizə daima yaxındır. Evdə, işdə, təhsil ocaqlarında, əlqərəz hər yerdə...


O, hər yerdə olduğu qədər, hər kəs olmağı da bacarır. Kimi üçün bir psixoloq, kimi üçün isə müəllim, həkim, mətn yazarı, tərcüməçi, rəssam, hətta bir dost, sirdaş...

Bir neçə il əvvəl onunla bağlı heç bir təsəvvür yox idi, lakin indi adı dillərdən düşmür. Həm müsbət, həm də mənfi baxımdan. Çünki o bəzən insanlar kimi səhv etməyi bacarır. Bəlkə də, insanlardan fərqli olaraq, yanlışını bildirərkən, qəbullanmağı da bacarır. Bu hərşeyşünas isə, təbii ki, süni intellektdir. O, o qədər sürətlə həyatımıza nüfuz edib ki, artıq onsuz bir gün keçirmək belə çətin görünür. Sadə görünən bu “yenilik” əslində böyük bir dönüş nöqtəsi olmağı bacardı. Hər kəsin tələsdiyi bir zamanda o da tələsdi. İstənilən sualı asanlıqla cavablandırır, istənilən problemə anındaca həll yolu tapır, hətta bəzən süniliyini tam olaraq təsdiq edib, süni insan, müxtəlif canlı, geyim və s kimi obrazlar yaradır. Bunların hər biri, təbii ki, məhsuldardır. Lakin hər şeyin bir əmması olduğu kimi, burada da var. Belə ki, süni intellektin bu qədər sürətlə inkişafı insan amilinin, onun potensialının kölgədə qalmasına, habelə yaradıcılığın süni alqoritmlərlə əvəz olunmasına yol aça bilir. Artıq insanlar düşünməyə ehtiyac duymur, çünki onların əvəzinə düşünən, yazan, yaradan bir sistem var. O sistem ki, insan davranışlarını təqlid etmə üstünlüyü ilə bəzən oxşar insan səsləri əldə olunub, kibercinayətkarlıq, saxtakarlıq əməlləri törədilir. Beləcə, şəxsi gizlilik, təhlükəsizlik ifadələrinin hər biri təhlükə altında qalır. Eyni zamanda süni intellekt kimi yeniliklər mövcud olsa da, lakin yaradıcılıq, duyğu, empatiya kimi insana xas olan keyfiyyətlər də alqoritmlərlə öyrədilə bilməz. Onlar sadəcə yaşanır, hiss olunur, dərk edilir. Bu baxımdan da, süni intellekt insan təfəkkürünün və mənəvi dəyərlərin yerini tam tuta bilməz. Məgər, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Mirzə Ələkbər Sabir, Çingiz Aytmatov, habelə Vilyam Şekspir, Aqata Kristi, Daniel Defo və bu minvalla digər dahi sənətkarlar yaratdıqları bənzərsiz əsərlər, parçalar süni intellekt məhsulu olub?! Habelə, bunları belə bir texnologiya yarada bilərmi?!

Nəinki bu şəxslər və onların əsərləri, bununla yanaşı, öncədən də vurğulanan "Sehrli xalat" və onun kimi bir çox filmlər... Bəs, onlar necə? Onlar da süni intellekt yolu keçib?! Filmdə əks olunan gələcəkdə gözlənən yenilikləri də məhz bu süni mexanizm proqnozlaşdırıb?! 

Bunlar ritorik suallar olduğu qədərilə, eləcə də cavabı bəlli olan suallar silsiləsinə daxildirlər və tək cavab mövcuddur: Əsla!

Əslində, süni intellektin özü də neytraldır. Bu baxımdan, onu hansı məqsədlə istifadə etməyimiz isə bizim seçimimizdir. Nəticədə, insan texnologiyanı idarə etməli, texnologiya insanı yox. Bu isə öz növbəsində, bir daha sübut edir ki, hər şey qədərində gözəldir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin də dediyi kimi:


Bir inci saflığı varsa da suda

Artıq içiləndə dərd verir o da.


Aytac Kərimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri