Icma.az
close
up
RU
Süni intellekt “heyvanların dilini” anlayır

Süni intellekt “heyvanların dilini” anlayır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsanın heyvanların davranışını anlamaq imkanları məhduddur. Məsələn, pişiyin pıçıltısı və ya itin hürməsi müəyyən siqnallar versə də, onların həqiqi emosiyalarını dəqiq başa düşmək çətindir. Lakin milanlı alimlər bu problemi texnologiyanın köməyi ilə həll etməyə çalışıblar. Onların yaratdığı süni intellekt modeli donuzdan inəyə qədər yeddi müxtəlif dırnaqlı növün səs siqnallarını təhlil edərək, emosional vəziyyəti müəyyənləşdirə bilir. Araşdırma "Scientific Reports" jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, mənfi emosiyalar əsasən orta və yüksək tezlikli diapazonlarda ifadə olunur, müsbət siqnallar isə daha bərabər paylanır. Maraqlıdır ki, müxtəlif heyvan növləri üçün “emosiya açarı” dəyişir: donuzlarda yüksək tezliklər, qoyun və atlarda isə orta diapazon həlledici rol oynayır. Alim Stavros Ntalampirasın sözlərinə görə, hazırlanan alqoritm insan qulağının seçə bilmədiyi ən incə akustik xüsusiyyətləri müəyyən edir və bu, heyvanların sağlamlığı ilə rifahını izləmək üçün yeni imkanlar açır.

Yeni texnologiyanın tətbiq sahələri genişdir: fermerlər stres keçirən heyvanlarla bağlı erkən xəbərdarlıq alacaq, zooloqlar və ekoloqlar vəhşi təbiətdə populyasiyaların vəziyyətini izləyəcək, zoopark işçiləri isə heyvanların davranışındakı dəyişiklikləri vaxtında müəyyən edərək tədbir görə biləcəklər. Lakin bu texnologiya həm də etik suallar doğurur: əgər süni intellekt heyvanın əzab çəkdiyini aşkar edirsə, insanlar mütləq müdaxilə etməlidirmi?

Bənzər araşdırmalar dünyanın başqa ölkələrində də aparılır. ABŞ-da Ceti layihəsi çərçivəsində alimlər kaşalotların klikvari siqnallarını öyrənərək onların “dilində” sosial kodları müəyyən etməyə çalışırlar. Digər layihələrdə itlərin mimikası, hürməsi və quyruq hərəkətləri süni intellekt vasitəsilə emosiya ilə əlaqələndirilir, bəzi hallarda isə bu sistem sahibində epileptik tutma əlamətlərini vaxtında aşkar etməyə kömək edir. Arılar üzərində aparılan tədqiqatlarda alqoritmlər “arı rəqslərini” uğurla deşifrə edib, qida mənbəyinə aparan istiqaməti müəyyənləşdirirlər.

Alimlər vurğulayırlar ki, məqsəd “heyvan dilini insan dilinə tərcümə etmək” deyil, davranış və emosional reaksiyaların qanunauyğunluqlarını öyrənməkdir. Davranışın yalnız “yaxşı–pis” kimi ikili kateqoriyalara endirilməsi yanlış nəticələr verə bilər. Daha etibarlı modellər üçün səs məlumatları vizual və fizioloji göstəricilərlə – bədən duruşu, üz ifadəsi, ürək döyüntüsünün tezliyi ilə birləşdirilməlidir. “Əsas məsələ heyvanları nə qədər dəqiq dinləməyimizdə deyil, əldə edilən bu məlumatdan necə istifadə edəcəyimizdədir”, – deyə alimlər bildirirlər.

Hazırladı:
M.SƏBUHİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri