Icma.az
close
up
RU
Çia toxumunun istifadəsi əndazədən çıxıb TƏHLÜKƏ

Çia toxumunun istifadəsi əndazədən çıxıb TƏHLÜKƏ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son illərdə populyarlaşan çia toxumu yalnız çəki nəzarətinə kömək etmir, həm də müəyyən xəstəliklərin inkişaf riskini azaldır.
Bizim.Media xəbər verir ki, lif və zülalla zəngin olan çia toxumlarının iltihab əleyhinə təsirlərinə görə, bir çoxları bu məhsula üstünlük verir.
Viktoriya Bekhem, Qvinet Peltrou və Sasseks hersoginyası Meqan Markl kimi məşhurların sevimlisi olan bu qida, bir çox qidada, xüsusən də smuzilərdə, pudinqlərdə və yulaf başda olmaqla bir çox yeməklərdə qarşıya çıxır. Alimlər həmçinin bu toxumların sağlamlığa əhəmiyyətli faydalarının olduğunu təsdiqləyirlər.
Heç vaxt quru halda istehlak etməyin.
Yüksək səviyyədə “Omeqa-3” yağ turşuları və vacib minerallar ehtiva edən çia toxumları həzmi dəstəkləyir və iştaha nəzarətini asanlaşdırır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, son zamanlar çia toxumu istehlakı nəzarətdən çıxıb.
Çia toxumlarının şüursuz istehlakı həddindən artıq lif qəbulu səbəbindən müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Dietoloq Rob Hobson deyib ki, bu məşhur super qida marketinq strategiyası nəticəsində həyatımızda daha çox yayılıb və heç vaxt quru yeyilməməlidir.
 

Çia toxumları isladılmış halda öz çəkisinin 10-12 qatı qədər su uda bilir. İslatmadan udulduqda, bu şişkinlik prosesi boğulmağa, tıxanmaya və ya qida borusunda ciddi həzm problemlərinə səbəb ola bilər.


Amerika Qastroenterologiya Kolleci tərəfindən dərc edilmiş 2014-cü il hesabatında 39 yaşlı bir kişinin bir xörək qaşığı quru çia toxumu yeyib bir stəkan su içdikdən sonra az qala boğulacağı və təcili xəstəxanaya aparılacağı bildirilib.
Qida borusunda "xəmirə bənzər bir şeyə çevrilən" toxumlar həkimlər tərəfindən cərrahi yolla parçalanıb.Harvard Universiteti tərəfindən hazırlanmış təlimata əsasən, toxumlar "jele kimi" bir konsistensiyaya çatana qədər 15-20 dəqiqə saxlanılmalıdır. Bu mərhələdən sonra onlar yeməyə və ya yeməklərə əlavə etməyə hazırdırlar.
İki xörək qaşığı kifayətdir
Çia toxumları bitki mənşəli zülal mənbəyi olduğu və qlütensiz olduğu üçün veqanlar və vegetarianlar tərəfindən geniş istifadə olunur.
 

Həmçinin bildirilir ki, o, piylənmə və yüksək təzyiq kimi xəstəliklərdə iltihabı azaldır.Çia toxumlarında olan maqnezium qidanın enerjiyə çevrilməsində və sümük sağlamlığında mühüm rol oynayır. Bununla belə, qidalanma üzrə mütəxəssis Rob Hobson çia toxumlarının həddindən artıq istehlakına qarşı xəbərdarlıq edir.


Bütün liflə zəngin qidalarda olduğu kimi, çia toxumlarına da az miqdarda başlamaq və tədricən porsiya ölçüsünü artırmaq olar. Rəsmi səhiyyə təşkilatları konkret yuxarı həddi müəyyən etməsələr də, ümumiyyətlə "orta" istehlakı tövsiyə edirlər.
Azərbaycanda istehlak getdikcə artır
Son illər Azərbaycanda da çia toxumunun istehlakı davamlı olaraq genişlənir. Belə ki, bu gün yalnız restoranlarda, kafelərdə deyil, vətəndaşlar özləri ev şəraitində bu məhsulun istehlakına geniş yer verir.
Qeyd edək ki, ölkəmizdə bu məhsulun istehlakı əsasən artıq çəkidən xilas olmaq məqsədilə istehlak edilir. Ölkə bazarındakı tələbat hələ də əsasən idxal - Türkiyə, İran, Avropa və Latın Amerikası hesabına ödənilir.
 

Yerli bazarda çia toxumu əsasən qatıqlara, desertlərə qatılaraq və ya salatlara əlavə edilərək istifadə edilir.Azərbaycanda çia toxumunu əsasən 20-45 yaş arası, orta və yüksək gəlirli insanlar alır. Həm fərdi, həm ailə, həm də idman klublarında istifadə artır. Sosial mediada, sağlamlıq bloqlarında və dietoloq məsləhətlərində çia toxumuna tez-tez rast gəlinir.


Analitiklərin fikrincə, yaxın 5 ildə çia toxumunun qiymətləri tələbatın artması, iqlim dəyişiklikləri və logistika çətinlikləri fonunda bir qədər də arta bilər.
Əgər Azərbaycanda və regionda yerli istehsal başlasa, qiymətlərdə stabillik və aşağılaşma müşahidə oluna bilər. Qlobal bazarda isə çia toxumu yeni sağlamlıq məhsulları və innovativ qida məhsullarında daha geniş tətbiq olunacaq. (Cebheinfo.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 May 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri