Süni intellekt hüquqi işlərdə nə dərəcədə etibarlıdır?
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Süni intellekt modellərinin dili başa düşdüyünü deməsi kifayət deyil, onların arxa planda necə işlədiyini də nəzərə almaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Süni İntellekt Mərkəzinin nümayəndəsi Ülfan Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellekt sistemlərində nitqin mətnə çevrilməsi və məzmunun emalı bir neçə mərhələdən ibarətdir. Bu proseslər nəticəsində istifadəçilər müvafiq məlumatları və yaradılan məzmunu görə bilirlər.
Ü.Əliyev bildirib ki, süni intellektin hüquq sahəsində tətbiqi məhkəmələr üçün də faydalı ola bilər. Hüquqi işlərin və məhkəmə materiallarının çoxluğu belə texnologiyaların proseslərə dəstək verməsini əhəmiyyətli edir.
O, həmçinin vurğulayıb ki, süni intellektin dili anladığını bildirməsi onun həmin dildə bütün məqamları düzgün emal etməsi demək deyil. Xüsusilə müxtəlif dil modellərinin iş prinsipləri və tərcümə zamanı yarana biləcək fərqlər nəzərə alınmalıdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















