Icma.az
close
up
RU
Maşınlarda Avtomatik Təcili Tormozlama Sistemi nə dərəcədə etibarlıdır?

Maşınlarda Avtomatik Təcili Tormozlama Sistemi nə dərəcədə etibarlıdır?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnologiyanın sürətlə inkişafı ilə bərabər, avtomobil sənayesi də insan həyatını daha təhlükəsiz etmək üçün mühüm addımlar atır. Bu yeniliklərdən biri də Avtomatik Təcili Tormozlama Sistemi (AEB) olan maşınlardır. Bu sistem qəza riski hiss edildikdə, sürücünün müdaxiləsi olmadan avtomobili avtomatik dayandırır.

Bəs bu sistemlər nə dərəcədə etibarlıdır?

Eyyub Əliyev: Ölkəmizdə belə avtomobillərlə bağlı hələlik ciddi bir problem yaşanmayıb

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ümumiyyətlə müasir avtomobillərdə yetərincə funksiyalar mövcuddur və bu funksiyalar yüksək texnologiyaya sahib cihazlardan ibarətdir.

Onun sözlərinə görə, ölkəmizdə belə avtomobillərlə bağlı hələlik ciddi bir problem yaşanmayıb:

“Xarici mətbuatı izləyirik və görürük ki, belə avtomobillərdə yetərincə problemlər olur. Yəqin ki, bu, həmin texnologiyaların yetərincə uyğunlaşmaması ilə bağlıdır. Şəxsən mən özüm dədə-baba üsulundan istifadə edirəm və bunun da tərəfdarıyam”.

“Hər şey yeniləndiyi, dəyişdiyi kimi, avtomobillər də bizim üçün bütün kompüter funksiyalarını yerinə yetirir”, – deyə ekspert qeyd edib.

Eyyub Əliyev vurğulayıb ki, sürücülər avtomobillər arasında məsafə saxlamırlar:

“Şəhərimizdə də görürük ki, sürücülər avtomobillər arasında məsafə saxlamır. Bunun özü də həmin hallarda qəzaya səbəb ola bilir. Ona görə də yaxşı olar ki, sürücülərimiz buna diqqət etsinlər”.

Eldəniz Cəfərov: Ani tormozlanma zamanı sürücü və sərnişinlərin qorunması üçün təhlükəsizlik kəməri həyati rol oynayır

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov da Bakıvaxtı.az ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, yol hərəkəti düzgün təşkil olunan yollar və nəqliyyat infrastrukturu olan ölkələrdə qəza riski nisbətən az olur. Belə yollar sürücülər və piyadalar üçün təhlükəsiz hərəkət imkanları yaradır.

Lakin ekspertlərin fikrincə, bəzi hallarda yol hərəkətində iştirak edən tərəflərin qaydalara əməl etməməsi müəyyən təhlükəli vəziyyətlərə gətirib çıxarır.

“Məsələn, təəssüf ki, bizim ölkəmizdə həm piyadalar, həm də sürücülər bəzən qəfil və gözlənilməz manevrlərə yol verirlər. Bu isə qəza riskini artırır".

O qeyd edib ki, xüsusilə piyadaların qəfil şəkildə avtomobil yoluna çıxması tez-tez rast gəlinən hallardandır:

“Bəzən piyadalar nəqliyyat vasitələrinin hərəkətini gözləmədən, ani şəkildə yolun hərəkət hissəsinə daxil olurlar. Belə hallarda sürücülər ani tormoz etməyə məcbur qalırlar ki, bu da qəza təhlükəsini artırır.

Ani tormozlanma zamanı sürücünün və sərnişinlərin zədələnmədən qorunması üçün təhlükəsizlik kəməri həyati rol oynayır. Çox təəssüf ki, hələ də bir çox sürücü və sərnişin təhlükəsizlik kəmərindən istifadə etmir. Halbuki bu sadə vərdiş bir çox faciənin qarşısını ala bilər”.

O əlavə edib ki, təhlükəsizlik yalnız infrastrukturla deyil, həm də yol hərəkəti iştirakçılarının məsuliyyətli davranışı ilə təmin olunur:

“Həm piyadalar, həm sürücülər qarşılıqlı şəkildə məsuliyyətli olmalı, yol nişanlarına, işıqforlara və əsas yol hərəkəti qaydalarına əməl etməlidirlər. Bu, həm onların, həm də digərlərinin həyatının qorunmasına xidmət edir”.

Nuriyyə Musyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri