Icma.az
close
up
RU
Süni intellekt indi də antibiotik düzəldir

Süni intellekt indi də antibiotik düzəldir

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar 36 milyondan çox potensial birləşmə generasiya edib və test ediblər. Ən perspektivli birləşmələr mövcud preparatlardan struktur baxımından fərqlənirlər və görünür ki, bakteriyaların hüceyrə membranlarını dağıdan yeni təsir mexanizmləri ilə işləyirlər. Bu yanaşma səhiyyənin ən ciddi qlobal problemlərindən biri - antibiotikə qarşı müqavimətlə mübarizəyə kömək edə bilər. Təxminlərə görə, dərmanlara davamlı infeksiyalar hər il dünyada 5 milyon insanın ölümünə səbəb olur. Son onilliklər ərzində ənənəvi antibiotik hazırlama metodları əsasən mövcud preparatların modifikasiyasını təklif edib və bu, köklü yeni təsir mexanizmlərinin yaranmasına gətirib çıxarmayıb.

Massaçusets Texnologiya İnstitutunun “Süni intellekt antibiotikləri” layihəsi çərçivəsində tədqiqatçılar artıq mövcud kimyəvi birləşmələrin böyük kitabxanalarını süni intellekt vasitəsilə screening etmək üçün istifadə ediblər. Bu, halicin və abaucin daxil olmaqla bir neçə perspektivli namizədin müəyyənləşdirilməsinə imkan verib. İndi isə onlar təbiətdə mövcud olmayan fərziyyəvi molekullar yaratmağa qərar veriblər. Bunun üçün iki yanaşmadan istifadə olunub: birinci yanaşmada süni intellekt alqoritmlərinə antimikrob aktivliyə malik müəyyən kimyəvi fraqment əsasında molekullar hazırlamaq tapşırılıb, ikinci yanaşmada isə süni intellekt istənilən fraqmenti daxil etməyə ehtiyac olmadan sərbəst şəkildə molekullar generasiya edib. Tədqiqatçılar süni intellektlə təlimləndirilmiş machine learning modelləri vasitəsilə 45 milyon kimyəvi fraqmenti analiz ediblər ki, N. gonorrhoeae bakteriyasına - yəni qonoreyaya səbəb olan mikroorqanizmə qarşı təsir göstərə bilən birləşmələri tapsınlar.

Toksik və artıq məlum antibiotiklərə bənzər birləşmələr istisna edildikdən sonra təxminən 1 milyon namizəd qalıb. Onların arasında perspektivli F1 fraqmenti seçilib. İki süni intellekt alqoritmi vasitəsilə alimlər F1-dən 7 milyon törəmə molekul yaradıblar, ən aktiv 1000 birləşməni seçiblər və onlardan ikisini sintetik şəkildə hazırlayıblar. Bu birləşmələrdən biri - NG1 - həm laboratoriya şəraitində, həm də siçanlar üzərində aparılmış sınaqlarda davamlı bakteriya ştammlarına qarşı yüksək effektivlik göstərib. Sonrakı tədqiqatlar NG1 birləşməsinin daha əvvəl öyrənilməmiş bir hədəfə - bakterial membranların formalaşması üçün vacib olan LptA adlı zülala təsir etdiyini ortaya qoyub. Araşdırmaların ikinci mərhələsində süni intellekt alqoritmləri sərbəst şəkildə molekullar layihələndirərək əsasən qram-müsbət bakteriyalara, xüsusilə də Staphylococcus aureus bakteriyasına qarşı birləşmələr yaratmışdır. Alqoritmlər 29 milyondan çox birləşmə generasiya edib və onlar N. gonorrhoeae üçün istifadə olunan eyni meyarlarla filtrdən keçirilib.

Nəticədə namizədlərin sayı 90-a qədər azaldılıb, onlardan 22 molekul sintetik şəkildə hazırlanaraq test edilib. Bu molekullardan 6-sı çoxrezistent qızılı stafilokoka qarşı güclü antibakterial aktivlik göstərib. Ən perspektivli namizəd olan DN1, siçanlarda metisillinə davamlı Staphylococcus aureus tərəfindən yaranmış dəri infeksiyasını müalicə etməyi bacarıb. DN1, bakteriyaların hüceyrə membranları ilə qarşılıqlı təsirə girərək fəaliyyət göstərib, lakin NG1-ə nisbətən daha geniş təsir spektrinə malik olub. Layihədə iştirak etmiş qeyri-kommersiya təşkilatı Phare Bio, NG1 və DN1 birləşmələrinin mümkün tibbi tətbiqinə hazırlanması məqsədilə onların daha da modifikasiyası və preklinik sınaqlara yönəlik işlər aparır. İstifadə olunan metodlar süni intellektin digər təhlükəli bakteriyalara qarşı preparatların hazırlanmasında potensialını araşdırmağa imkan verəcək. Bu bakteriyalar arasında vərəmə səbəb olan Mycobacterium tuberculosis və xəstəxana şəraitində ağır infeksiyalar, o cümlədən pnevmoniya və sepsislə nəticələnən Pseudomonas aeruginosa (mavi-yaşıl irin çöpləri) da yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Avqust 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri