Süni intellekt insan hüquqlarını pozur? BDU müəllimi DANIŞDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Dövlət qurumu təhlükəsizlik məqsədilə yüksək riskli hesab edilən şəxsləri müəyyənləşdirmək üçün süni intellekt sistemi tətbiq edib”.
Redaktor.az xəbər verir ki, bunu “EYBA-nın 2026-cı il Payız Konfransı”nda vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, LCG Hüquq Bürosunun əməkdaşı və Bakı Dövlət Universitetinin hüquq müəllimi Kamil Dəmirli dedi.
“Bildiyiniz kimi, bu sistem şəxsi məlumatlar, sosial media fəaliyyəti, ailə əlaqələri, səyahət tarixçəsi və digər mənbələrdən məlumat toplayır. Bir şəxs sərhədi keçməyə çalışarkən süni intellekt sistemi tərəfindən təhlükəsizlik baxımından yüksək riskli hesab edildiyi üçün əlavə yoxlamaya cəlb olunur. Lakin heç kim ona bunun səbəbini izah etmir.
Əslində, bu halda fundamental hüquqlardan istifadə edə bilərik. Əsas sual budur: süni intellekt yüksək risk səviyyəsini müəyyənləşdirmək üçün hansı məlumatlardan istifadə edib?
Demək istədiyim odur ki, süni intellekt sistemi böyük həcmdə şəxsi məlumatları toplayıb emal edə bilər və bu da həmin məlumatlardan sui-istifadə edilməsi riskini yaradır”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Oktyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















