Süni intellekt köməkçiləri Avropa Komissiyasının qadağasına məruz qalıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Avropa Komissiyası (AK) sahibkarlar və istehlakçılar üçün getdikcə daha populyar ünsiyyət vasitəsinə çevrilən süni intellekt (Sİ) əsaslı virtual köməkçilərin onlayn iclaslarda istifadəsinə qadağa qoyub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Politico" nəşri xəbər verib.
Bildirilir ki, görüşlər başlamazdan əvvəl ekranlarda görünən slaydda belə bir yazı yerləşdirilir: "Süni intellekt agentlərinin istifadəsinə icazə verilmir".
AK keçən həftə ilk dəfə belə bir qayda tətbiq etdiyini təsdiqləyib, lakin bu qərarı qəbul etməyə səbəb olan amillər barədə daha ətraflı məlumat verməkdən imtina edib.
Nəzərə alsaq ki, Brüssel artıq Sİ agentlərinin gündəlik həyatda və biznesdə istifadə olunacağı dövrə hazırlaşmağa başlayıb, Aİ-nin icra orqanının bu addımı ekspertlər üçün gözlənilməz olub və bunu qəribə hesab ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















