Icma.az
close
up
RU
Süni intellekt musiqiləri gələcəkdə sənət anlayışını yenidən müəyyən edə bilər SOSİOLOQ ŞƏRH ETDİ

Süni intellekt musiqiləri gələcəkdə sənət anlayışını yenidən müəyyən edə bilər SOSİOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Süni intellektlə yaradılan musiqilərin gələcəkdə real sənət nümunəsi kimi qəbul olunub-olunmaması məsələsi sosioloji müstəvidə həm texnoloji, həm də mədəni aspektlərdən təhlil edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, tarix boyu incəsənət və yaradıcılıq anlayışları yalnız insanın daxili duyğuları, təxəyyülü və istedadı ilə izah edilirdi. Musiqi də uzun müddət “insanın ruhunun səsi” kimi qəbul olunub. Lakin texnologiyanın inkişafı, xüsusilə süni intellektin meydana çıxması bu sərhədləri köklü şəkildə dəyişməyə başlayıb: "Bugün artıq süni intellekt müəyyən alqoritmlər vasitəsilə musiqi bəstələyə, janrları qarışdıra, hətta konkret bəstəkarların üslubunu təqlid edə bilir. Burada əsas sosioloji sual yaranır: cəmiyyət sənət dedikdə yalnız insan yaradıcılığınımı nəzərdə tutur, yoxsa yaradıcı nəticə əsasdır? Əgər sənətin meyarı insanın emosiyasına, estetik zövqünə təsirdirsə, onda süni intellekt əsasında yaranan musiqilər də bu kriteriyalara cavab verə bilər. Çünki dinləyici çox vaxt musiqinin necə yaranmasından çox, ona hansı hissləri bəxş etdiyinə diqqət edir.

Digər tərəfdən, incəsənət sadəcə texniki gözəllik deyil, həm də mədəniyyətin, tarixin, kimliyin ifadəsidir. Süni intellektin yaratdığı musiqilərdə isə çox zaman həmin “insani təcrübə” elementi zəif görünür. Bu baxımdan, yaxın gələcəkdə süni intellekt musiqiləri daha çox eksperiment, texnologiyanın məhsulu və ya kommersiya məqsədli layihə kimi qəbul oluna bilər. Amma uzunmüddətli perspektivdə, xüsusilə yeni nəsillərin estetik zövqünün dəyişməsi ilə onlar bədii dəyərə malik sənət nümunəsi kimi tanına bilər.

Sosioloji müşahidələr göstərir ki, cəmiyyət sənətin sərhədlərini daim yenidən müəyyən edir. Məsələn, bir vaxtlar fotoqrafiya və ya kino da “əsl sənət deyil” deyə qəbul olunurdu. Ancaq zaman keçdikcə bu sahələr həm mədəniyyətin, həm də incəsənətin ayrılmaz hissəsinə çevrildi. Eyni proses süni intellekt musiqilərində də baş verə bilər. Süni intellektlə yaradılan musiqilər artıq bu gün də dinləyicidə emosional təsir oyada bilirsə, gələcəkdə onların “real sənət” statusu qazanması ehtimalı çox yüksəkdir. Lakin bu, həm də cəmiyyətin yaradıcılıq anlayışını necə dəyişəcəyindən, insan və texnologiya münasibətlərini hansı müstəviyə daşıyacağından asılı olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri