Icma.az
close
up
RU
Süni intellekt nələri bacarmır? SİYAHI

Süni intellekt nələri bacarmır? SİYAHI

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son illərdə süni intellekt texnologiya dünyasının ən populyar sahəsinə çevrilib. Ağıllı telefonlardakı səsli köməkçilərdən tutmuş film tövsiyə edən platformalara qədər həyatımızın hər nöqtəsində özünü göstərir. Lakin bəzi hallarda mürəkkəb problemləri saniyələr içində həll edə bilir, bəzən isə sadə bir zarafatı belə anlaya bilmir. Süni intellekt (SI) bir çox sahədə həyatımızı asanlaşdırsa da, hər mövzuda mükəmməl deyil. 

Bəs süni intellekt hansı sahələrdə uğurlu, hansı sahələrdə isə hələ də zəifdir?

Avtosfer.az "Valyuta.az"a istinadla bu yazıda süni intellektlə bağlı şişirdilmiş gözləntiləri və əsassız qorxuları bir kənara qoyaraq, onun həm üstün, həm də zəif tərəflərini təqdim edir.

Süni intellekt hansı sahələrdə güclüdür?

Süni intellektin ən uğurlu olduğu sahələr əsasən böyük həcmli verilərin olduğu, təkrarlanan və qaydalara əsaslanan tapşırıqlardır. Bu sahələrdə insan sürətini və məhsuldarlığını qat-qat üstələyir.

1. Verilənlərin təhlili və təkrarlanan tapşırıqlar

Milyonlarla sətrdən ibarət bir cədvəli insan həftələrlə incələyə bilər. Süni intellekt isə bunu bir neçə dəqiqəyə və səhvsiz həyata keçirə bilir. Maliyyə bazarındakı uyğunsuzluqları aşkar etmək, satış məlumatlarındakı gizli meyilləri tapmaq və ya fabrikdəki istehsal prosesini izləmək kimi tapşırıqlar süni intellektin ən güclü tərəflərindəndir.

2. Şəkil və səs tanıma

Telefon kilidinin üz tanıma ilə açılması, sosial şəbəkələrdə fotolardakı şəxslərin avtomatik tanınması və ya səsli əmrlərlə köməkçi proqramların idarə edilməsi – bütün bunlar süni intellektin bu sahədəki nailiyyətləridir. Hətta tibbdə belə rentgen və MRT görüntülərində insanın gözündən qaçan xırda detalları aşkar edərək erkən diaqnoz üçün həlledici rol oynayır.

3. Fərdiləşdirilmiş tövsiyələr

"Bu filmi bəyənə bilərsiniz" və ya "Bu məhsulu alanlar bunu da aldı" kimi ifadələr arxasında da süni intellekt dayanır. Süni intellekt istifadəçilərin izləmə, dinləmə və alış-veriş vərdişlərini analiz edərək fərdi zövqlərə uyğun məzmun və məhsul təklif edir. “Netflix”, “Spotify” və “Amazon” kimi platformaların uğurunun əsas səbəblərindən biri də budur.

4. Strategiya oyunları

"Deep Blue"nun şahmat üzrə dünya çempionu Qarri Kasparovu "AlphaGo"nun isə Go oyununda ustaları məğlub etməsi SI-nin qapalı sistemlərdəki üstünlüyünü sübut edir.

Milyardlarla ehtimalı hesablayaraq ən doğru strategiyanı seçməkdə süni intellekt hələ də insan beynindən irəlidədir.

Süni intellekt hansı sahələrdə zəifdir?

Süni intellekt verilərlə işlənən və qaydalara əsaslanan məsələlərdə uğurlu olsa da, insan duyğusu və sağlam düşüncə tələb edən sahələrdə çatışmazlıqları açıq şəkildə görünür.

1. Məntiqi nəticə çıxarma

Bir insana “Soyuducuya fil sığarmı?” deyəndə dərhal “Xeyr” cavabını alarsınız. SI isə bunun üçün ölçülər və faktlara əsaslanmalıdır, çünki onun real dünyaya dair ümumi anlayışı yoxdur.
Məsələn, bir çətirin yağışdan qoruduğunu “bilir”, amma islanmağın niyə problem olduğunu anlamaq üçün izah tələb edir.

2. Emosional zəka və empatiya

Süni intellekt mətnlərdəki sözlərə əsaslanaraq hissləri müəyyən edə bilər, lakin insanın səsindəki titrəyiş, üz ifadəsindəki incə dəyişiklik və ya pauzanın səbəbini anlaya bilmir.
Bu səbəbdən empatiya qurmaq və dərin insani münasibətləri anlamaq onun üçün mümkünsüzdür. Yəni bir psixoloqun və ya yaxın bir dostun yerini tuta bilməz.

3. Yaradıcılıq və orijinallıq

Süni intellekt artıq şəkil çəkə, musiqi bəstələyə və şeir yaza bilir. Lakin bunu mövcud sənət nümunələrindən öyrəndiyi formaları birləşdirərək edir. Öz daxili duyğularına və təxəyyülünə əsaslanan orijinal ilham mənbəyi yoxdur. Nəticələr texniki baxımdan maraqlı olsa da, insan yaradıcılığındakı “ruh” onlarda çatışmır.

4. Etik və əxlaqi qərarlar

Süni intellektin ən uğursuz olduğu sahələrdən biri əxlaqi dilemma vəziyyətləridir. Məsələn, qəza zamanı avtonom avtomobilin sərnişini, yoxsa piyadanı xilas etməli olduğunu seçmək kimi hallarda qərar verməkdə çətinlik çəkir. Əxlaq və dəyərlər fərdi, mədəni və kontekstualdır, bu səbəbdən riyazi düsturlarla həll edilə bilməz.

Süni intellekt bir gün insan qədər ağıllı ola bilərmi?

Bu sual "ağıllı" anlayışının necə tərif edilməsindən asılıdır. Əgər zəka konkret vəzifələri sürətli və səhvsiz yerinə yetirmə bacarığıdırsa, süni intellekt artıq bir çox sahədə insanı geridə qoyub. Lakin əgər zəka sağlam düşüncə, empatiya, yaradıcılıq və şüur kimi anlayışları əhatə edirsə, Süni intellektin insan səviyyəsinə çatması üçün hələ uzun bir yol var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyul 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri