Icma.az
close
up
RU
Nə ət, nə meyvə, nə də tərəvəz: Dünyanın ən sağlam qidası açıqlandı 100 baldan 97 aldı

Nə ət, nə meyvə, nə də tərəvəz: Dünyanın ən sağlam qidası açıqlandı 100 baldan 97 aldı

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Alimlər minlərlə qidanı araşdıraraq ən sağlam məhsulu müəyyən edib. Nəticələr gözlənilməz olub - nə ət, nə balıq, nə də tərəvəz. Hər marketdə tapıla bilən bu məhsul 100 üzərindən 97 bal toplayaraq zirvəyə çıxıb.

Sağlam həyatın təməli balanslı və müxtəlif qidalanmadır. Meyvə, tərəvəz, qoz-fındıq, toxum və ət kimi təbii qidalar ürək-damar xəstəlikləri, şəkər, insult və xərçəng kimi bir çox xroniki xəstəliklərin riskini azalda bilər. Lakin "ən sağlam qida" dedikdə, hansı məhsulun bu siyahının əvvəlində olduğunu heç düşünmüsünüzmü?

Milli.Az xəbər verir ki, ABŞ-də aparılan geniş araşdırmada alimlər minlərlə fərqli qidanı analiz edərək hər birinə "qida dəyəri balı" veriblər. Bu bal, məhsulun gündəlik qida ehtiyaclarını balanslı şəkildə qarşılama gücünü göstərir. Araşdırmanın nəticələri isə təəccüblüdür.

Badam - 97/100

Dünyanın ən qidalandırıcı məhsulu kimi badam birinci yeri tutub. Təkli doymamış yağ turşuları ilə zəngin olan badam ürək sağlamlığını qoruyur, diabetə nəzarətə kömək edir və güclü antioksidant mənbəyi sayılır. Tərkibində maqnezium, E vitamini, mis və manqan bol miqdarda olur. Gündə bir ovuc badam enerji verir, immun sistemini gücləndirir və orqanizmi zərərli maddələrdən təmizləyir.

Çerimoya (96/100)

"Dünyanın ən sağlam meyvəsi" adlandırılan çerimoya, tropik mənşəli, qaymaqlı quruluşu və şirin dadı ilə tanınır. Antioksidant, lif, vitamin və mineral baxımından zəngindir. İmmuniteti möhkəmləndirir, iltihabı azaldır, göz və ürək sağlamlığını qoruyur.
Tərkibindəki B6 vitamini əhval-ruhiyyəni yaxşılaşdırır. Ancaq meyvənin toxumu zəhərli maddələr daşıdığı üçün diqqətlə istehlak edilməlidir.

Okean levrəyii (89/100)

Ən sağlam balıq növlərindən biridir. Aşağı yağ tərkibli, lakin B12, D vitamini, selen və fosforla zəngin olan okean levrəyi sinir sistemi, sümüklər və maddələr mübadiləsi üçün çox faydalıdır.

Yastı balıqlar (85/100)

Kalkan, dil və ya pisi balığı kimi növlər aşağı civə tərkibi və Omega-3 zənginliyi ilə seçilir. Omega-3 yağ turşuları ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir və beyin fəaliyyətini dəstəkləyir. Bundan əlavə, D və B1 vitaminləri ilə də olduqca zəngindir.

Çia toxumları (85/100)

Kiçik olsa da, qida baxımından çox güclüdür. Lif, protein, Omega-3, fenolik turşular və vitaminlər ilə doludur. Smoothie, yoqurt və ya pudinqdə istifadə oluna bilər. İltihabı azaldır, həzm sistemini tənzimləyir və uzunmüddətli toxluq hissi yaradır.

Balqabaq tumu (84/100)

Bitki mənşəli dəmir və manqan baxımından zəngindir. Ürək sağlamlığını qoruyur, immuniteti gücləndirir və maqnezium sayəsində yuxu keyfiyyətini artırır.

İsveçrə pazısı (78/100)

Tərkibindəki betalain antioksidantları ilə tanınır. A, C, E və K vitaminləri ilə zəngindir. Qan laxtalanmasını tənzimləyir, sümükləri möhkəmləndirir və qan şəkərini balanslaşdırmağa kömək edir.

Çuğundur yarpaqları (70/100)

Çuğundurun çox vaxt atılan hissəsi olsa da, yarpaqları əsl qida xəzinəsidir.
Yüksək miqdarda dəmir, kalsium və C vitamini ehtiva edir. Güclü antioksidant təsiri ilə bədəni sərbəst radikallardan qoruyur və hüceyrələrin yenilənməsini dəstəkləyir.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Oktyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri