Icma.az
close
up
RU
Süni İntellekt nüvə müharibəsini başlada bilərmi?

Süni İntellekt nüvə müharibəsini başlada bilərmi?

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, analitiklər bəşəriyyətin 2020-ci illərdə daha təhlükəli bir ssenariyə necə yaxınlaşdığını hiss etmədiyini vurğulayırlar. Müasir dövr maşın üsyanı deyil, süni intellektin (Sİ) özünün düyməni basmadığı, lakin insanları düyməni basmamaq üçün lazım olan vaxtdan məhrum etdiyi bir dünyadır.
Paradoks ondadır ki, bu “Skynet”dən qurtuluş filmlərdə axtardıqları kimi – yerin dərin qatında, qorunan bunkerdə yerləşir.
Son vaxtlar Pentaqonun “xAI” şirkəti ilə əməkdaşlığının növbəti dəfə genişləndirilməsi barədə mediada və sosial şəbəkələrdə xəbərlər yayılır.
Əslində, süni intellekt (Sİ) çoxdan kəşfiyyata, logistikaya və planlaşdırmaya inteqrasiya olunub. Bütün ölkələr, xüsusən də Ukraynadakı müharibədən sonra, kəşfiyyat və hədəfləmə də daxil olmaqla, PUA-lara nəzarət sistemlərində Sİ-ni tətbiq edir.
Böyük beyin mərkəzləri real hərbi mütəxəssislərə məsləhət vermək üçün neyron şəbəkələr vasitəsilə oyunlarda strategiyalar və milyonlarla “döyüşlər” həyata keçirirlər.
İndi Sİ ən təhlükəli sərhədə - nüvə komandanlığı və nəzarətinə yaxınlaşır və bu, artıq təkcə jurnalist mübaliğəsi deyil.
ABŞ Strateji Komandanlığının və ABŞ Hərbi Hava qüvvələrinin nümayəndələri sadəcə bir məsləhətçi kimi, atəş açmaq hüququna malik olmadan “Sİ-nin dövrəyə daxil edilməsi” zərurəti haqqında aşıq-aşkar danışırlar. Burada texnoloji üstünlük bir nemət olmaq statusundan çıxır.
Adi müharibədə üstünlüklər təmin edən sürət, zəka və uyğunlaşma qabiliyyəti nüvə məntiqində inanılmaz, hətta ekzistensial risk faktorlarına çevrilir.
Nüvə sektorunda Sİ-nin yaratdığı əsas təhlükə muxtar şəkildə buraxılış deyil. Əslində buna heç kim icazə verməyəcək. Əsl problem analitiklərin getdikcə daha çox “Flash War” adlandırdıqları sürət fəlakətidir. Süni intellekt insanları əvəz etmir - o, insanları qərar qəbul edən subyekt kimi silir.
“Maşın bir neçə saniyə ərzində analiz hazırlayır. Bir insana miqyası başa düşmək, onu kontekstdə yerləşdirmək, səhv ehtimalını etiraf etmək və qaynar xətt vasitəsilə düşmənlə əlaqə saxlamağa çalışmaq üçün 10-15 dəqiqə lazımdır. Belə dəqiqələr var idi. İndi hipersəs texnologiyası və Sİ ilə onlar yoxa çıxıb”, - mütəxəssislər xəbərdarlıq edirlər.
Belədə “rezin möhür” effekti yaranır. Məsələn, yüksək rütbəli məmurlar tərəfindən quraşdırılmış müdrik Sİ “hücum ehtimalının 99% təşkil etdiyini” bildirir. Bunun qarşısı necə alınmalıdır – “atəş” yoxsa “lazım deyil”? Razılıq rasional görünür. “Yoxlamalıyam” kimi fikir ayrılığı az qala intihar cəsarəti tələb edir.
Bunun praktikada necə göründüyünün ən yaxşı nümunəsini “Future of Life Institute (Həyatın Gələcəyi İnstitutu)” tərəfindən bir neçə il bundan əvvəl istehsal olunmuş “Süni yüksəliş” adlı qısa simulyasiya filmi göstərir.

Qabaqcıl AI sisteminin yaradıcısı hərbçiləri əmin edir ki, onun “ən yaxşı və sürətli” inkişafı sadəcə köməkçidir. İnsan həmişə rəhbərdir. “Skynet” yoxdur, muxtar buraxılış yoxdur. Sistem böhran təhlili vasitəsi kimi qərarların qəbulu prosesinə inteqrasiya olunur.
Sonra “Çin hücum edir” kimi bir vəziyyət yaranır, amma ola bilsin ki, bu, həqiqət deyil. ABŞ hazırlığını artırır. Çin bunu görür və özü də hazırlıüq səviyyəsini yüksəldir. Sİ bunu bir hücumun tezliklə baş verəcəyinin təsdiqi kimi qiymətləndirir və hücuma qarşı hazırlığı yenidən artırmağı təklif edir.
Çin öz kəşfiyyatını gücləndirir və hava qüvvələrini göndərir. ABŞ kiberhücumlar və hava hücumundan müdafiə vasitələri ilə cavab verir. Hər iki tərəf bir neçə saniyə ərzində təqdim olunan Sİ-nin göstərişlərinə dəfələrlə “bəli” klikləyir: “artırın”, “hazırlayın”, “müqavimət edin”.
Nəticə “növbəti bir neçə dəqiqədə hücum, ilk hücum” mesajıdır – “bəli”, ya “yox?”.
Bu, sifariş deyil, dedlayn rejimində bir tövsiyədir. Siz nə edərdiniz? Bax onlar da beləcə. Raket şaxtaları açılır. Hər iki tərəf qorxur ki, “onların bizi məhv etməyə vaxtları olacaq”, yəni “biz onları qabaqlamalıyıq”.
Son nəticədə belə bir ifadə eşidilir: “Cənab prezident, biz təcili şəkildə təhlükəsiz bunkerə təxliyə olunmaq lazımdır”.
Gözəl musiqinin müşayiəti ilə Yer nüvə partlayışları ilə örtülür.
Hər şey tam ədalətlidir. Bu ssenaridə Sİ buraxılış qərarını vermir. O, sadəcə, qərarın formallığa çevrildiyi nöqtəyə qədər vaxtı sıxışdırır.
Zabit bir təxmin yox, qüsursuz bir cədvəl, təmiz məntiq və ciddi taymer alır. “Qüsursuz yalan”ın kabusu səhvə bənzəməyən və buna görə də dayandırıla bilməyən bir səhvdir.
Mahiyyət etibarilə, bu gün qlobal sabitlik fəlakətin yavaşıdılması üç əsas fərqli modelə əsaslanır.
1. ABŞ-dəki “Qiyamət gününün təyyarələri”
2. Rusiyadakı “Perimetr” sistemi
3. Çindəki ən qüdrətli Sİ döyüş sərkərdələri
Amerikanın “Qiyamət gününün təyyarələri”ndən “nüvə apokalipsisinin müjdəçisi” kimi qorxurlar, lakin onlar əslində daha çox bunu ləngidən amildir. Onların vəzifələrindən biri nəzarəti saxlamaq və fəlakətin fiziki reallığını təsdiqləməkdir – “bir az gözləyin və görün”. Sözsüz ki, bir gün bu uçan qərargahın analitikası tamamilə Sİ-nin ixtiyarına verilməsə, bu cür fikirlər isə artıq yayılır.
Rusiyanın “Perimetr” sistemi niyyətləri təhlil etmir, gələcəyi proqnozlaşdırmır və erkən xəbərdarlıq siqnallarına cavab vermir. O, fiziki şəkildə dünyanın sonu faktını gözləyir - partlayışlar nəticəsində zəlzələlər, radiasiyanın artması, rabitə itkisi, yol hərəkəti, radio və s. Kilometrlərlə qaya və tam təcrid bu sistemi nüvə hücumu, hakerlik və ya Sİ-nin xəyali görüntülərinə qarşı davamlı edir. Məhz bu sadəlik Moskvaya güc və tələsməmək imkanı verir.
Çin “heç vaxt birinci zərbə vurmamaq” prinsipini elan edir, lakin nə “Perimetr” sistemi, nə də tam hüquqlu hava-desant komanda mərkəzlərinə malikdir. Nəticədə Çin zəifliyinin kompensasiya olunması üçün Sİ-dən istifadə edir. Sİ keçmiş hərbi dahilərin “şəxsiyyətləri” ilə yüklənir, şəbəkə mərkəzli sxemlər qurulur və döyüş idarəetmə alqoritmləri yerləşdirilir. Çini “Flaş War (Fleş Müharibəsi)” Müharibəsi dövründə ən riskli elementə çevirən məhz bu amildir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see489

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see308

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see260

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see253

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see236

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see220

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see218

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see218

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see216

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see207

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see201

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see193

Fransa İraq matçı yarımçıq dayandırıla bilər

21 İyun 2026 16:51see193

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see191

Elita klublarına transfer qadağası

21 İyun 2026 19:43see187

“Goal” tarixin ən yaxşılarını seçdi Siyahıda kimlər var?

21 İyun 2026 19:33see186

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see183

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see183

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see178

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri