Futbolçularımız arasında yayılan pis vərdiş VİDEO
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin yarımmüdafiəçi Rəhim Sadıxovun görüntüləri sosial mediada böyük rezonans doğurub.
“Yeni Sabah” xəbər verir ki, futbolçunun dodaq altına xüsusi maddə qoyması diqqətətdən yayınmayıb.
Bu kadrlar yerli futbolda son zamanlar kəskin tənqid olunan zərərli vərdişlər mövzusunu yenidən gündəmə gətirib. pizza hut
Xatırladaq ki, bir müddət öncə "Neftçi" klubunun həkimi Rəhim Məhərrəmov ölkə futbolundakı ən böyük təhlükənin məhz "snus" adlanan tüstüsüz tütün məmulatı olduğunu bəyan etmişdi.
Mütəxəssis dodaqla diş əti arasına yerləşdirilən bu zərərli maddənin gənc futbolçular arasında sürətlə yayıldığını, onu legionerlərin ölkəyə gətirdiyini və Azərbaycan futbolunu böyük fəlakətə doğru apardığını xüsusi vurğulamışdı.
Milli komanda üzvünün matçöncəsi çəkilən bu kadrları həkimin həyəcan təbilinin neçə əsaslı olduğunu bir daha nümayiş etdirib.
Qeyd: Video “İdmanxeber.az” saytından götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















