Icma.az
close
up
RU
Süni intellekt səs vasitəsilə erkən qırtlaq xərçəngini aşkarlaya bilər ARAŞDIRMA

Süni intellekt səs vasitəsilə erkən qırtlaq xərçəngini aşkarlaya bilər ARAŞDIRMA

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 avqust, AZƏRTAC

Qırtlaq xərçəngi (səs qutusu xərçəngi) dünyada ciddi sağlamlıq problemi olaraq qalır. 2021-ci ildə təxminən 1,1 milyon insan bu xəstəliyə tutulub, 100 min nəfər qırtlaq xərçəngindən həyatını itirib. Xəstəliyin əsas risk faktorlarına siqaret, alkoqoldan həddindən artıq istifadə və HPV infeksiyası daxildir. Xəstəliyin erkən aşkarlanması insanın sağqalma ehtimalını əhəmiyyətli dərəcədə artırsa da, mövcud diaqnostika üsulları burun endoskopiyası və biopsiya invaziv və vaxt aparan prosedurlardır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Oreqon Sağlamlıq və Elm Universitetinin tədqiqatçıları Amerika Birləşmiş Ştatlarının Milli Səhiyyə İnstitutunun “Bridge2AI-Voice” layihəsi çərçivəsində səs yazılarından səs tellərindəki anormallıqları aşkar edən süni intellekt modeli hazırlayıblar. Araşdırmada Şimali Amerikadan 306 iştirakçının 12 min 523 səs nümunəsi təhlil edilib. Nümunələrdə pitch (əsas tezlik), titrəmə, amplituda dəyişiklikləri və harmonik-səs nisbəti kimi akustik göstəricilər ölçülüb. Nəticələr göstərib ki, xüsusilə kişilərdə harmonik-səs nisbətindəki dəyişikliklər, xoşxassəli lezyonlar və qırtlaq xərçəngi hallarını sağlam səslərdən fərqləndirə bilir. Qadınlarda informativ fərqlər müşahidə olunmasa da, daha böyük məlumat dəstlərinin bu boşluğu doldurması mümkündür.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu cür alətlər səsə əsaslanan sadə və qeyri-invaziv erkən diaqnostika üsulu kimi xəstəxanalarda tətbiq oluna bilər. İlk sınaqların yaxın illərdə həyata keçiriləcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri