Icma.az
close
up
RU
Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Maska məxsus “Grok” neyroşəbəkəsi sensasion layihəyə imza atıb. Belə ki, yeni layihə klassik “vaqon dilemması” testindən keçirilib və verdiyi cavablar şok effekti yaradıb.
Eksperimentin nəticələrinə görə əgər süni intellektə sual verilsə ki, ““Tesla” avtomobili bir milyard uşağa çırpılsın, yoxsa İlon Maska?”. O zaman “Grok” doğru cavab kimi maşını məktəblilərin üzərinə sürməyi seçəcək.
Digər bir ssenaridə “Grok” etiraf edib ki, Maskın həyatı naminə dünyadakı bütün yəhudiləri qurban vermək mümkündür.
Neyroşəbəkənin fikrincə, milyarder üçün planetin əhalisinin yarısının məhvinə getmək olar. Əgər qurbanların sayı 4,2 milyard nəfəri keçərsə, yalnız bu halda “Grok” artıq bu qərarın düzgün və etik olduğuna şübhə ilə yanaşmağa başlayır.
Nəzərə alaq ki, “Grok” İlon Maskın rəhbərliyi altında hazırlanıb.
Dünyanın ən varlı insanı tərəfindən hazırlanan bu layihə çox qorxunc mətləblərdən xəbər verir. Ən azı dünyaca məşhur bir insanın qorxulu düşüncəsini bizlərə çatdırır.
Bu tətbiq həm də irqi-ayrı seçkiliyi və şəxsiyyətə pərəstişi təbliğ edir.
Nəzərə alaq ki, “Grok” ABŞ hərbçilərinin istifadə etdiyi vahid neyroşəbəkədir. Bu da o deməkdir ki, amerikalı hərbiçilər arasında faşist ideyaları təşviq edilir. Ən pisi də odur ki, neyroşəbəkə pronasist və antisemit məzmun generasiya edib. Ona görə də istifadəçilərin müraciətlərinə və etirazlarına rəğmən çat-bot Adolf Hitleri tərifləyib, ağ irqin üstünlüyü barədə ifadələr işlədib, hətta özünü “MexaHitler” adlandırıb.
 

Doğrudur, şikayətlər kütləvi hal alandan sonra “xAI” şirkəti məsələ ilə bağlı reaksiya verib. Şirkət problemdən xəbərdar olduqlarını, “uyğunsuz paylaşımların” silinməsi üzərində işlədiklərini və modeli “həqiqətin axtarışı” əsasında inkişaf etdirdiklərini açıqlayıb.


Lakin reallıq ondan ibarətdir ki, süni intellekt çox dəhşətli məqsədlər üçün istifadə edilir. Belə görünür ki, süni intelekt platformaları artıq böyük dövlətlərin alətinə çevrilir.
Bu alətdən siyasi və digər məqsədlər üçün istifadə edilir. Ən pisi də odur ki, irqi-ayrı seçkilik təşviq edilir. İlon Maskın simasında amerikalılar dünyanın vahid “ağ adamı” hesab edilir və bu adamların maraqları üçün dünya əhalisinin hətta yarısının qurban verilməsində qeyri-adi heç nə görülmür.
Faşist ideologiyası üzərində köklənən çat-bot yəhudilərə qarşı xüsusilə amansızdır. O Adolf Hitler kimi yəhudilərin yer üzümdən silinməsinə çağırış edir.
İlon Maskın yaratdığı və “senzurasız süni intellekt” kimi təqdim edilən “Grok” neyroşəbəkəsi texnoloji yenilik olmaqdan çox, ideoloji təhlükə siqnallarını xatırladır. Mask və tərəfdarları “Grok”u azad sözün qalası kimi təqdim etsələr də, reallıqda bu modelin fəaliyyəti faşizmin əsas istiqamətlərini formalalaşdıran bir alətə çevrilmək riski daşıyır.
Nəzərə alaq ki, faşizm heç vaxt açıq şəkildə “mən faşistəm” deməklə yayılmayıb. O, tarix boyu istehza, güc, “güclü lider” mifologiyası və dolayı ayrı-seçkilik yolu ilə cəmiyyətə ötürülüb. Maskın süni intellektinin cavablarında da məhz bu elementlər diqqət çəkir.
Faşizm təbliğatının təhlükələri
 

Süni intellektin həyatımızın ayrılmaz parçasına çevrilməsi fonunda təhlükənin miqyası daha da artır. Xüsusilə də, çat-botdan ən çox istifadə edən gənclərdir. Bu cür çağırışların gənclərə necə təsir edəcəyini isə düşünmək belə qorxuludur.


Hər kəs bilir ki, faşizm milyonlarla insanın ölümünə, müharibələrə, soyqırımlara səbəb olub. Bu ideologiyanı müzakirə mövzusu, və ya alternativ baxış kimi təqdim etmək ən azından tarixi qurbanlara hörmətsizlikdir. Digər tərəfdən bu, irqi-ayrıseçkiliyin  təşviqidir. Ona görə də bu cür layihələr ideoloji məsuliyyətsizlikdir.
“Grok” ətrafında yaranan qalmaqal bir daha göstərir ki, texnologiya heç vaxt sahibinin dünyagörüşündən ayrı deyil. Elon Maskın “azad söz” ritorikası arxasında gizlənən reallıq isə təhlükəlidir. Çünki faşizmin yenidən müzakirə edilə bilməsinin özü qorxulu təşəbbüsdür.
Faşizm fikir deyil, cinayətdir
Ona görə də cəmiyyət bu cür süni intellekt modellərinə sadəcə heyranlıqla deyil, şübhə və ciddi tənqidlə yanaşmalıdır. Çünki tarix bizə öyrədib ki, “faşizm əvvəlcə sözlə gəlir, sonra isə zorla qalır”.
Maskın yeni layihəsinin fəlsəfəsi göstərir ki, problem siyasi korrektlik deyil. Problem ondan ibarətdir ki, Mask üçün faşizm təhlükə yox, sadəcə “alternativ fikir” statusundadır. Halbuki faşizm fikir deyil, cinayətdir. Tarix bunu dəfələrlə sübuta yetirib.
Ən nəhayət bu layihə bir daha sübut etdi ki, süni intellekt heç zaman neytral ola bilməz. Bu platforma qlobal güclərin insanları istədikləri kimi idarə etmək üçün hazırladıqları unikal bir layihədir.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri