Icma.az
close
up
RU
Süni intellektdən qorxuram dedi, istefa verdi!

Süni intellektdən qorxuram dedi, istefa verdi!

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"ChatGPT"nin inkişafında mühüm rol oynayan "OpenAI" mühəndisinin süni intellektin sürətli inkişafından qorxduğu üçün işindən ayrıldığı məlum olub.

Qaynarinfo xəbər verir ki, son vaxtlar süni intellekt sahəsində "DeepSeek" adlı Çin startapı böyük diqqət çəkib. "DeepSeek", "OpenAI"nin geniş texniki imkanlarına sahib olmamasına baxmayaraq, "ChatGPT-4" qədər güclü məntiq modelini inkişaf etdirməyi bacarıb. Şirkət "DeepSeek R1" modelini hazırlamaq üçün köhnə çiplərdən və proqram təminatı optimizasiyalarından istifadə edib.

"DeepSeek" layihəsi bir çox sahədə uğur qazanaraq, süni intellekt sahəsində ciddi rəqabət yaradıb. Bundan əlavə, ABŞ-ın texnologiya sektoruna qoyduğu sanksiyalara baxmayaraq, Çinə bu yarışda mühüm mövqe qazanmaq şansı verib. Hətta "DeepSeek" bəzi süni intellekt aparat şirkətlərinin bazar dəyərində ciddi itkilərə səbəb olub və ABŞ birjasında təxminən 1 milyard dollar zərər qeydə alınıb. Bütün bunlarla yanaşı, "DeepSeek" Çinə "TikTok"dan daha güclü ola biləcək bir proqram silahı qazandırıb - istənilən şəxs bu modeli öz cihazına yükləyərək yeni süni intellekt modelləri yarada bilər.

Bu cür böyük inkişafların fonunda "OpenAI"nin təhlükəsizlik üzrə mühəndislərindən birinin istefa verməsi elə də böyük rezonans doğurmaya bilərdi. Lakin Steven Adler adlı mühəndis keçən il "OpenAI"dən ayrılan texniki işçilər arasında olduğunu təsdiqləyib.

Adler X sosial şəbəkəsində paylaşım edərək, dörd ildən sonra "OpenAI"dən ayrıldığını və oradakı işini çox darıxacağını bildirib. Lakin sonrakı sözləri süni intellektlə bağlı narahatlıqlarını açıq şəkildə ortaya qoyub:

"Son zamanlar süni intellektin inkişaf sürətindən olduqca qorxuram".

Bu açıqlama süni intellektin insanlıq üçün ciddi təhlükə yarada biləcəyini düşünən mütəxəssislərin narahatlıqları ilə üst-üstə düşür. Keçmiş "ChatGPT" təhlükəsizlik mütəxəssisi, gələcəklə bağlı qeyri-müəyyənlik hiss etdiyini açıq şəkildə ifadə edib:

"Gələcəkdə ailə qurmaq və ya təqaüd üçün nə qədər pul yığmaq lazım olduğunu düşünəndə, öz-özümə belə bir sual verirəm: İnsanlıq o nöqtəyə çata biləcəkmi?"

Adler "OpenAI"dən ayrılma səbəbini tam açıqlamasa da, AGI (ümumi süni intellekt) yarışını çox riskli bir oyun adlandırıb. Onun fikrincə, hələ heç bir laboratoriya AGI-nin yaratdığı potensial problemlərə həll yolu tapmayıb. Bu yarış nə qədər sürətlənərsə, təhlükələri idarə etmək bir o qədər çətinləşəcək.

AGI - insan kimi düşünə və yaradıcı ola bilən bir süni intellekt növü kimi tanımlanır. Lakin AGI eyni zamanda çox daha böyük həcmdə məlumatı emal edə biləcəyindən, istənilən problemi insandan daha effektiv həll edə bilər.

Süni intellekt təhlükəsizliyi ilə bağlı ən vacib məsələ uyğunluqdur. Yəni, yaradılan AI sistemlərinin insanlığın maraqları ilə tam uyğun olmasını təmin etmək lazımdır. Süni intellektin insanlığa zərər verə biləcək həllər istehsal etməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.

Hazırda "ChatGPT" və "DeepSeek" kimi AI modelləri bizə iki fərqli uyğunlaşma nümunəsi təqdim edir.

"DeepSeek" isə əsasən Çin hökumətinin maraqlarına uyğun tənzimlənib və bəzi cavablarda senzura tətbiq etməklə bu uyğunluğu nümayiş etdirir.

Adler süni intellektin təhlükəsizliyinə önəm verən bəzi tədqiqatçıların olmasına baxmayaraq, bütün mütəxəssislərin eyni etik prinsiplərlə işləmədiyini vurğulayıb. Onun fikrincə, bəzi tədqiqatçılar təhlükəsizlik tədbirlərini nəzərə almadan AI modellərini inkişaf etdirməyə davam edə və bu, çox daha təhlükəli süni intellekt sistemlərinin ortaya çıxmasına səbəb ola bilər.

Adlerin karyerasının gələcəyi hələ bəlli deyil, lakin o, süni intellektin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etməyə davam edir. 

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri