“Liverpul”un müdafiəçisi Kerkez: “Enfild”də özümü enerjili hiss edirəm”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Liverpul”un macar müdafiəçisi Miloş Kerkez Premyer Liqanın 8-ci turunda “Mançester Yunayted”lə qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Kerkez “Enfild”də oynayanda özünü həmişə fərqli hiss etdiyini də qeyd edib.
“Mən bu matçı səbirsizliklə gözləyirəm. Bu, böyük oyundur və qələbə klub üçün vacibdir. Biz hazırlaşırıq və hər kəs enerji ilə doludur. Bir çoxumuz milli komandalarımızda yaxşı oynadıq və qalib gəldik, ona görə də “Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirik.
“Enfild”də oynayanda özümü həmişə fərqli hiss edirəm. Düzünü desəm, özümü enerjili hiss edirəm və yorğun deyiləm. Bilirəm ki, azarkeşlərimiz həmişə olduğu kimi bizi dəstəkləyəcək. Onlar bizə çox güc verirlər. Bu, böyük bir matç olacaq. Biz azarkeşlərə və kluba borcumuzu qaytarmaq istəyirik”, - deyə Kerkez “Liverpul”un rəsmi saytına bildirib.
Baxış sayı:131
Bu xəbər 19 Oktyabr 2025 05:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















