Icma.az
close
up
RU
Süni intellektin artan təsiri: faydalı alət, yoxsa psixoloji risk mənbəyi? Ekspert rəyi

Süni intellektin artan təsiri: faydalı alət, yoxsa psixoloji risk mənbəyi? Ekspert rəyi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Son illərdə süni intellekt texnologiyalarının gündəlik həyata inteqrasiyası insanların informasiya əldə etmə tərzini və qərarvermə davranışını köklü şəkildə dəyişib. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu texnologiyalardan sui-istifadə, xüsusilə tibbi, psixoloji və şəxsi münasibətlər sahəsində süni intellektə həddən artıq etibar, ciddi sosial və emosional fəsadlara səbəb ola bilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu gün süni intellekt insan həyatının ayrılmaz hissəsinə çevrilib, bir çox hallarda məlumatı daha sürətli və geniş şəkildə təqdim etməklə insanlara böyük rahatlıq gətirir. Ancaq süni intellekti insani münasibətlərdə, tibbi qərarlarda və ya psixoloji vəziyyətlərin dəyərləndirilməsində əsas mənbə kimi qəbul etmək düzgün deyil. “Süni intellekt bizə köməkçi alət kimi xidmət etməlidir, insan qərarlarını və peşəkar məsləhəti əvəz edən vasitə kimi yox”, - deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, son vaxtlar həm gənclər, həm də böyüklər ən sadə məsələlərdə belə süni intellektə müraciət edir, bu da tədricən asılılıq və düşünmə vərdişlərinin zəifləməsinə gətirib çıxarır: “Tələbələr, şagirdlər, hətta valideynlər belə süni intellektin cavablarına tam etibar edir. Bu, gələcəkdə elmi təfəkkürün və analitik düşünmənin inkişafına mənfi təsir göstərə bilər”.

Bu kontekstdə “OpenAI” şirkətinin son hesabatı da süni intellektin psixoloji təsirləri barədə narahatlıqları təsdiqləyir. Şirkətin məlumatına görə, hər həftə bir milyondan çox insan “ChatGPT” ilə intihar və psixoloji gərginlik mövzularında danışır. Bu, aktiv istifadəçilərin təxminən 0,15 faizini təşkil edir. Hesabatda qeyd olunur ki, bəzi istifadəçilər süni intellektlə emosional bağlılıq yaradır, yüz minlərlə insan isə söhbətlər zamanı psixoz və ya maniya əlamətləri nümayiş etdirir. “OpenAI” bildirir ki, bu halların çoxu nadir olsa da, miqyas baxımından onlar ciddi sosial məsələdir. Şirkət son versiya olan “GPT-5” modelini təqdim edərkən psixi sağlamlıq sahəsində 170-dən çox mütəxəssislə əməkdaşlıq edib. Nəticədə yeni modelin bu cür hallarda düzgün reaksiya vermə göstəricisi 65 faiz artıb, intihar mövzularında cavabların “uyğunluq səviyyəsi” isə 91 faizə çatıb. Bununla yanaşı, şirkət emosional asılılıq və qeyri-suicidal psixoloji pozuntuların müəyyənləşdirilməsi üzrə nəzarət mexanizmlərini də təkmilləşdirir.

Elvin Abbasov hesab edir ki, texnologiyanın inkişafı labüddür, lakin bu, insan psixikasını əvəz etməməlidir: “İnsanlar öz şəxsi münasibətlərini, hisslərini və ya sağlamlıqla bağlı narahatlıqlarını süni intellektlə bölüşməklə, fərqinə varmadan real sosial əlaqələrdən uzaqlaşırlar. Bu isə cəmiyyətdə emosional təcrid və psixoloji gərginlik hallarını artırır”.

Ekspertin fikrincə, xüsusilə gənclər arasında süni intellektdən informasiya aləti kimi düzgün istifadə vərdişləri formalaşdırılmalıdır. “Əgər kimsə psixoloji gərginlik və ya depressiya keçirirsə, bu halda süni intellektə yox, ixtisaslı psixoloqlara müraciət etməlidir. Əks halda, alınan yanlış və emosional cavablar vəziyyəti daha da ağırlaşdıra bilər,” – deyə o əlavə edib.

“OpenAI” rəhbərliyi isə qeyd edir ki, şirkət texnologiyanın zərərli emosional təsirlərini azaltmaq üçün yeni qoruma sistemləri hazırlayır və gələcəkdə istifadəçi yaşına uyğun filtrlərin tətbiqini planlaşdırır.

Beləliklə, mütəxəssislərin yekdil qənaətinə görə, süni intellektin imkanlarından yararlanmaq müasir dövrdə zəruridir, lakin bu texnologiyaya kortəbii inam və emosional asılılıq həm fərdi, həm də ictimai səviyyədə ciddi fəsadlara gətirib çıxara bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri