Icma.az
close
up
RU
Süni intellektin bədii yaradıcılığı: insan fantaziyasına rəqəmsal töhfə

Süni intellektin bədii yaradıcılığı: insan fantaziyasına rəqəmsal töhfə

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə süni intellekt (Sİ) təkcə texnologiya və elm sahələrində deyil, həm də incəsənət və bədii yaradıcılıq sahələrində öz böyük uğurlar əldə edir. Bu tendensiya insan fantaziyasına rəqəmsal təkan verməklə yanaşı, bədii yaradıcılığın sərhədlərini genişləndirir. Sİ artıq şeir yazır, romanlar yaradır, hətta rəsm əsərləri və musiqilər bəstələyir. Gəlin dünya təcrübəsindən diqqəti cəlb edən faktlara nəzər salaq.

İlk olaraq qeyd edək ki, süni intellektin klassik şairlərin stilini mənimsəyərək yeni şeirlər yazması xüsusi maraq doğurur. Hələ 2020-ci ildə "OpenAI"nin "GPT-3" modeli Mövlananın üslubunda yazılmış dərin məna dolu şeirlər təqdim etmişdir. Eyni zamanda, "DeepSpeare" adlı Sİ modeli Uilyam Şekspirin stilini təqlid edərək əsərlər yaratmışdır. Bu fakt sübut edir ki, Sİ-nin dil modelləri mürəkkəb üslub və ritmi mənimsəyə bilir.

Roman yazan Sİ-lər də maraq doğurur. Belə ki, hələ 1983-cü ildə süni intellekt proqramı olan "Racter" ("The Raconteur") tərəfindən "The Policeman’s Beard is Half Constructed" adlı kitab yazılmışdır. Hekayələr, şeir və dialoqlardan ibarət olan kitab süni intellektin dil emal qabiliyyətini erkən mərhələdə nümayiş etdirmişdir.

2016-cı ildə Yaponiyada təşkil olunan "Hoshi Shinichi" mükafatı üçün süni intellektlə yazılmış "The Day a Computer Writes a Novel" adlı roman təqdim edilmişdir. Süni intellekt romanın strukturunu formalaşdırsa da, yazının bəzi hissələri insan müdaxiləsi ilə redaktə olunmuşdu. Romanda bir robotun insan olma arzusunu izah edən hekayə yer alır. Bu əsər, Sİ-nin yazdığı ilk romanlardan biri kimi tanınır Sİ vasitəsilə yazılan digər eksperimental romanlardan biri olan "1 the Road" 2018-ci ildə təqdim edilib.

Sİ proqramı avtomobilin idarə etdiyi Kaliforniya boyunca səyahət əsnasında müxtəlif məlumatları (kameralar, GPS, mikrofon və s.) toplayaraq mətnlər yaratmışdır. Bu əsər avtomatik yaradılmış olsa da, səyahət təcrübəsini təsvir edən maraqlı poetik parçalar və dərin ifadələrlə zəngindir. Romandakı mətnlər insan yaradıcılığı ilə texnologiyanın sintezini nümayiş etdirir və yeni yazı üslublarının mümkünlüyünü göstərir.

Onda qeyd edək ki, sənət dünyasında Sİ-nin təsiri yalnız ədəbiyyatla məhdudlaşmır. 2018-ci ildə "Obvious" adlı bir kollektiv süni intellektdən istifadə edərək "Edmond de Belamy" adlı portreti hazırlamışdır. Bu rəsm əsəri 432,500 ABŞ dollarına satılaraq Sİ-nin bədii yaradıcılıqda kommersiya dəyərini də nümayiş etdirmişdir. Musiqi sahəsində isə AIVA (Artificial Intelligence Virtual Artist) klassik üslubda simfoniyalar bəstələməklə məşhurdur.

Hazırda Sİ-nin bədii yaradıcılığı müəyyən tənqidlərə də məruz qalır. Belə ki, bir çoxları Sİ-nin yaradıcılığını təqlid kimi qiymətləndirir, çünki Sİ yalnız mövcud məlumatları emal edir. Bundan əlavə, müəlliflik hüquqları və orijinal yaradıcılığın mahiyyəti ilə bağlı etik suallar da cavablandırılması tələb olunan mübahisəli məsələlərdəndir. Süni intellekt bədii yaradıcılıqda inqilabi dəyişikliklər yaratsa da, onun tamamilə insan təxəyyülünü əvəz edəcəyi sual altındadır. Bu texnologiya insan yaradıcılığı üçün bir vasitə kimi qəbul edilməli, lakin yaradıcılığın mahiyyəti yalnız alqoritmik məntiqə əsaslanmamalıdır.

Beləliklə, deyə bilərik ki, süni intellektlə yaradıcılığın inteqrasiyası, insanın təxəyyülünü yeni səviyyəyə qaldırmaq üçün bir körpü rolunu oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri