Süni intellektin bəşəri təhlükəli tərəflərini də müzakirə etməliyik Nazım Maviş
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellekt iqtisadiyyatdan iqlim böhranına qədər hər bir sahəyə təsir göstərməkdədir.
Ölkə.Az xəbər verir ki, bu fikirləri Türkiyə nümayəndə heyətinin üzvü Nazım Maviş QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib.
O, Türkiyənin bu transformasiyanın fərqində olduğunu vurğulayıb:
"Biz Türkiyə olaraq bu istiqamətdə iki mindən çox araşdırma və təkmilləşdirmə üzrə layihəyə dəstək göstərmişik. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisi səviyyəsində süni intellekt üzrə araşdırma komissiyası yaradaraq bu yöndə bir sıra mühüm işlər icra etmişik".
Türkiyəli nümayəndə ölkəsinin təhsil sahəsində də süni intellektin icrası ilə bağlı bir sıra layihələr icra etdiyini diqqətə çatdırıb:
"Biz süni intellektin rəqabət sahəsində təklif etdiyi imkanlarla yanaşı, onun bəşəri təhlükəli tərəflərini də nəzərə almalı və müzakirə etməliyik. Bu texnologiyanın bəşəriyyətə xidmət etməkdənsə, ona qarşı bir qüvvəyə çevrilə biləcəyini diqqətdən qaçırmamalıyıq".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















