Icma.az
close
up
RU
Süni intellektin tətbiqi milli iqtisadiyyatın modernləşdirilməsi və idarəetmənin çevikləşdirilməsinə imkan yaradacaq

Süni intellektin tətbiqi milli iqtisadiyyatın modernləşdirilməsi və idarəetmənin çevikləşdirilməsinə imkan yaradacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Süni intellektin qlobal texnoloji inkişafın həlledici xəttinə çevrildiyi müasir dövrdə dövlətlərin iqtisadi və idarəetmə sistemlərinin rəqabət qabiliyyəti bilavasitə bu sahədə atılan addımlarla müəyyən olunur. Dünyada istehsal, təhlükəsizlik, səhiyyə, təhsil və xidmət sektorlarının struktur yenilənməsi artıq ənənəvi iqtisadi mexanizmlərlə deyil, alqoritmlər vasitəsilə yönləndirilir. Bu reallıq fonunda Azərbaycan üçün süni intellektin milli inkişaf modelinə inteqrasiya olunması strateji zərurət kimi formalaşır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, ölkədə son illər həyata keçirilən rəqəmsallaşma islahatları – elektron hökumət xidmətlərinin genişləndirilməsi, “ASAN xidmət” modelinin institusional nümunəyə çevrilməsi, rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi və dövlət idarəçiliyində məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqi – süni intellektin genişmiqyaslı istifadəsi üçün funksional baza yaradır: “Bu baza Azərbaycana regional rəqəmsal ekosistemdə strateji mövqe qazandırmaqla yanaşı, ölkənin yeni iqtisadi mərhələyə keçidini sürətləndirir. Süni intellektin iqtisadi təsirləri ənənəvi avtomatlaşdırma anlayışının hüdudlarını aşaraq, istehsal proseslərindən tutmuş xidmət sektoruna qədər bütün sahələrdə qərarvermə modellərini köklü şəkildə dəyişdirir. Enerji sektorunda proqnozlaşdırıcı analitika əsasında avadanlıqların texniki diaqnostikasının aparılması, istehsal və paylanma şəbəkələrinin optimallaşdırılması, bərpa olunan enerji mənbələrinin idarə olunmasında yüksək dəqiqlikli alqoritmlərin tətbiqi səmərəliliyi artırır və riskləri minimuma endirir. Kənd təsərrüfatında süni intellektə əsaslanan torpaq analizi, məhsul proqnozu və xəstəliklərin erkən aşkarlanması kimi həllər məhsuldarlığın yüksəlməsinə və ixrac potensialının genişlənməsinə real töhfə verir”.

Əli Səlimov

Əli Səlimov bildirib ki, nəqliyyat və logistika sektorunda isə ağıllı nəzarət sistemləri, marşrut optimallaşdırma texnologiyaları və nəqliyyat proseslərinin modelləşdirilməsi şəhər iqtisadiyyatının yükünü azaldır, resursların daha səmərəli bölgüsünü təmin edir: “Bu kontekstdə süni intellekt Azərbaycanın iqtisadi diversifikasiyasının sürətləndirilməsi və qeyri-neft sektorunun dayanıqlı inkişafı üçün mühüm alət kimi çıxış edir”.

İqtisadçının fikrincə, dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi idarəetmə keyfiyyətinin artırılmasına, xidmətlərin şəffaflığının və operativliyinin təmin olunmasına yeni imkanlar yaradır: “Ağıllı şəhər yanaşmaları, rəqəmsal təhlil əsaslı təhlükəsizlik sistemləri, fövqəladə hallar üzrə risk proqnozlaşdırma modelləri, elektron səhiyyədə diaqnostikanın avtomatlaşdırılması və digər tətbiqlər vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dövlət resurslarının daha optimal idarə olunmasını təmin edir. Məlumat əsaslı idarəetmə modelinin formalaşması XXI əsrin çağırışlarına adekvat idarəçilik mexanizminin qurulması baxımından mühüm mərhələ hesab olunur”.

Əli Səlimov vurğulayıb ki, süni intellektin geniş tətbiqi ilə yanaşı, onunla bağlı risklər də nəzərə alınmalıdır: “Bu istiqamətdə əsas çağırışlar sırasında məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması, alqoritmlərin etik prinsiplərə uyğunluğu, süni intellekt sistemlərinin şəffaflığı, işçi qüvvəsinin sürətlə dəyişən tələblərə uyğunlaşdırılması və innovasiya ekosisteminin davamlı inkişafı dayanır”.

Əli Səlimovun fikrincə, Azərbaycan üçün strateji məqsəd yalnız texnologiyanı idxal etmək deyil, həm də bu sahədə yerli istehsal və tədqiqat potensialını gücləndirməkdir: “Bu məqsədlə universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, startap mühitinin dəstəklənməsi, süni intellekt üzrə ixtisaslaşmış kadr hazırlığı və normativ-hüquqi çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması prioritet istiqamətlər kimi çıxış edir”.

İqtisadçı hesab edir ki, süni intellektin Azərbaycanda tətbiqi milli iqtisadiyyatın modernləşdirilməsi, idarəetmənin çevikləşdirilməsi və rəqəmsal transformasiyanın dərinləşdirilməsi üçün fundamental imkanlar açacaq: “Bu sahədə qəbul ediləcək strateji qərarlar ölkənin gələcək onilliklərdə qlobal rəqəmsal iqtisadiyyatda tutacağı mövqeyi müəyyən edəcək”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri