Icma.az
close
up
RU
Ucuz maşınlar satışa çıxarıldı 2 manatdan 13 min manatdək... QİYMƏTLƏR

Ucuz maşınlar satışa çıxarıldı 2 manatdan 13 min manatdək... QİYMƏTLƏR

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcili tibbi yardım maşınları, minik avtomobilləri, eləcə də yolsuzluq şəraitində istifadə olunan nəqliyyat vasitələri var.

BAKU.WS-in məlumatına görə, hərrac 24 noyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.

Satışa çıxarılan avtomobillərin start qiymətləri 2 000 manatdan başlayır.

Ən aşağı start qiyməti 1981-ci il buraxılışlı UAZ-469 və 1988-ci il istehsalı olan bir neçə avtomobil üçün müəyyən edilib. Bu nəqliyyat vasitələrinin ilkin satış qiyməti 2 000 manatdır. 2005-ci il buraxılışlı QAZ 31105 markalı avtomobil 3 000 manata, 1999-cu il istehsalı olan Nissan Maxima isə 4 000 manata təklif olunur.

Hərracda daha yeni avtomobillər də yer alıb. Belə ki, 2012-ci il buraxılışlı Chevrolet Malibu üçün 10 000 manat, 2013-cü il istehsalı olan Toyota Camry üçün 13 000 manat start qiyməti müəyyənləşdirilib. Siyahıdakı avtomobillər arasında 2009-cu il istehsalı olan Hyundai Elantra modelləri və 2010-cu il buraxılışlı Hyundai ix35 də var.

Xüsusi Tibb Xidmətinin balansında olan 2008-ci il istehsalı iki Mercedes-Benz Vito xüsusi təcili yardım avtomobilinin hər biri 8 000 manata satışa çıxarılır. Eyni qurumun balansındakı Fiat Doblo Combi üçün isə ilkin qiymət 5 000 manatdır.

Satışa çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının və təşkilatların balansındadır. Siyahıda Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin tabeliyindəki qurum, COP29 Azərbaycan Əməliyyat Şirkəti və "Aqrarkredit" QSC də yer alır.

Hərracda iştirak etmək istəyən şəxslər avtomobillərlə əvvəlcədən tanış ola bilərlər. Bunun üçün satışa çıxarılan əmlakın balanssaxlayıcısı tərəfindən müvafiq şərait yaradılmalıdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından əldə etmək mümkündür.

Əlavə məlumat üçün bu nömrələrlə (012) 311-01-60 (daxili: 1758, 1709, 1706 və 1705) əlaqə saxlamaq mümkündür.

Balanssaxlayıcı müəssisənin adı Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla) Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti MERCEDES-BENZ VITO xüsusi təcili yardım 90JF002 2008 8000 800 Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti MERCEDES-BENZ VITO xüsusi təcili yardım 90JJ645 2008 8000 800 Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti FIAT DOBLO COMBI minik 90AN567 2008 5000 500 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Tikintidə Qiymətqoyma Mərkəzi QAZ 31105 minik 10YB826 2005 3000 300 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi UAZ-469 xüsusi 10JA595 1981 2000 200 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Nissan Maksima minik 10AN825i/o 1999 4000 400 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi UAZ-31514 minik 10JM169 2001 2000 200 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi UAZ 469B yük-sərnişin 10JK640 1988 2000 200 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi VAZ-2121 minik 10AM492 1988 2000 200 Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti CHEVROLET NIVA 2123 minik 04AA130 2011 4000 400 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti CHEVROLET MALIBU minik 10YK499 2012 10000 1000 COP29 Azərbaycan Əməliyyat Şirkəti NİO ET 5 minik 90YB824 2024 5000 500 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı CHEVROLET NIVA GL minik 90AF379 2007 4000 400 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı CHEVROLET NIVA 212300L minik 90AL859 2006 3800 380 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı HYUNDAI ELANTRA minik 90AU647 2009 7500 750 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı HYUNDAI ELANTRA minik 90AU648 2009 8000 800 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı TOYOTA CAMRY minik 90PH024 2013 13000 1300 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı CHEVROLET NIVA GLC minik 10PE108 2011 4500 450 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı CHEVROLET NIVA minik 90AE426 2007 4000 400 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı CHEVROLET NIVA 212300L minik 90AX564 2006 3800 380 "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı HYUNDAI IX-35 minik 99AU618 2010 6000 600 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi BMW 525I minik 10PF821 2006 7500 750
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Oktyabr 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri