Icma.az
close
up
RU
Süni intellektlə səmimi söhbət: Gənclər niyə dostlarını yox, chat botu seçir?

Süni intellektlə səmimi söhbət: Gənclər niyə dostlarını yox, chat botu seçir?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq insanlar arasında ünsiyyət minimuma enib. Belə ki, texnologiyanın, xüsusilə də süni intellektin sürətlə inkişafı insan münasibətlərinə ciddi təsir edib. Artıq bir çox insan öz fikirlərini, hisslərini və problemlərini yaxınları ilə bölüşmək əvəzinə süni intellektə üz tutur.

Bu vəziyyət bir tərəfdən rahat və anonim ünsiyyət imkanı yaratsa da, digər tərəfdən canlı ünsiyyətin zəifləməsinə gətirib çıxarır.

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, insanın inkişafında ünsiyyətin rolu danılmaz dərəcədə böyükdür. Onun sözlərinə görə, kiçik yaşlarımızdan etibarən biz ailəmizdə ünsiyyətə giririk, daha sonra baxça dövründə tanımadığımız insanlarla münasibət qurmağa başlayırıq. Məktəb illərində isə artıq həm yaşıdlarımızla, həm də müəllimlərimizlə, böyüklərlə ünsiyyətə girərək sosiallaşırıq:

“Bu proses insanın dünyagörüşünün formalaşmasına, düzgün əqidəyə sahib olmasına və şəxsiyyət kimi inkişafına müsbət təsir göstərir”.

G.Kərimi nəzərə çatdırıb ki, insan sosial varlıq olduğuna görə onun psixoloji və mənəvi tərəfləri məhz ünsiyyət vasitəsilə formalaşır. Dediyinə görə, sosiallaşdıqca, öyrəndikcə, dünyanı tanıdıqca ətrafımız genişlənir, dost və tanış çevrəmiz artır:

“Bütün bunlar həm təhsilimizə, həm psixoloji durumumuza, həm də şəxsiyyət kimi formalaşmağımıza müsbət təsir edir”.

Müsahibimizin dediyinə görə, tarixi mənbələrdə belə bir fakt qeyd olunur ki, qədim dövrlərdə bəzi ölkələrdə uşaq evlərində qalan körpələrin çoxu dünyasını dəyişirdi. Psixoloq vurğulayıb ki, elm adamları və həkimlər araşdırmalar nəticəsində bunun səbəbinin fiziki yox, məhz ünsiyyətsizlik olduğunu müəyyən ediblər:

“Yəni uşaqların mənəvi təcridi, sevgi və diqqət görməməsi onların psixoloji sarsıntısına və nəticədə həyatlarını itirmələrinə səbəb olurdu. Bu fakt bir daha sübut edir ki, insan üçün ünsiyyət və sosial əlaqə həyati əhəmiyyət daşıyır”.

Bu gün gənclər arasında ünsiyyət bacarığınin zəifləməsinə təəssüfünü bildirən həmsöhbətimiz əlavə edib ki, biz süni intellektin, o cümlədən ChatGPT kimi texnologiyaların dövründə yaşayırıq.

Günay Kərimi: Vacib olan texnologiyadan doğru və faydalı şəkildə istifadə etməyi öyrətməkdir

O əlavə edib ki, texnologiya və internet nə qədər inkişaf etsə də, onlardan düzgün istifadə etmədikdə mənfi təsirləri qaçılmaz olur. Bu təsirlər arasında gənclərin kitablardan, elmdən, real ünsiyyətdən uzaqlaşması, cəmiyyətdən təcrid olunması xüsusilə narahatlıq doğurur:

“Mən universitetdə müəllim kimi fəaliyyət göstərirəm və gənclərlə tez-tez söhbətlər aparıram. Onların çoxu hansısa problem və ya çətinliklə üzləşəndə dostlarına, müəllimlərinə, ailə üzvlərinə yox, məhz süni intellektə müraciət etməyə üstünlük verir. Bu isə doğru yanaşma deyil. Çünki bu vərdiş insanı real həyatdan uzaqlaşdırır, tənhalığa, özünə qapanmaya və nəticədə depressiyaya sürükləyir”.

G.Kərimi insanın inkişafının yaş dövrlərinə uyğun şəkildə, təbii proses kimi getməli olduğunu diqqətə çatdırıb. Dediyinə görə, bu səbəbdən də valideynlər övladlarını texnologiyanın mənfi təsirlərindən bacardıqları qədər qorumağa çalışmalıdırlar:

“Əlbəttə, uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq mümkün deyil, çünki bu, onların dövrünün reallığıdır. Amma vacib olan texnologiyadan doğru və faydalı şəkildə istifadə etməyi öyrətməkdir”.

Hər bir şeyin həddi olmalıdır deyən ekspert hesab edir ki, texnologiyadan həddindən artıq istifadə insanı asılı vəziyyətə salır və mənfi nəticələr doğurur:

“Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar övladlarının həm psixoloji sağlamlığını, həm də sosial bacarıqlarını qorumaq üçün onları real həyata, canlı ünsiyyətə, dostluğa və insanlarla münasibətə yönləndirməlidirlər. İnsan doğulduğu andan cəmiyyətin bir parçasıdır. Buna görə də o, ünsiyyət qurmalı, sosiallaşmalı və real həyatın içində olmalıdır ki, sağlam psixologiyaya və balanslı şəxsiyyətə sahib ola bilsin”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri