Icma.az
close
up
RU
Süni intellektlərlə işləyən klinika yaradıldı Həkim yox, Aİ var

Süni intellektlərlə işləyən klinika yaradıldı Həkim yox, Aİ var

Icma.az bildirir, Milli.az portalına istinadən.

Çinli tibbi texnologiya startapı "Synyi AI" süni intellektin xəstələrə diaqnoz qoyduğu ilk klinikanı istifadəyə verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, startap bu layihəni Səudiyyə Ərəbistanının Əl-Ahsa bölgəsində ölkənin Almoosa Sağlamlıq Qrupu ilə birgə həyata keçirib. Klinikanın əsas məqsədi - tibbi xidmətin ilkin mərhələsində insan həkimlərini süni intellektlə əvəz etməkdir.

"Dr. Hua" adlanan süni intellekt sistemi xəstələrlə qarşılıqlı əlaqəyə girərək onların simptomlarını toplayır, görüntüləri təhlil edir və sonda insan həkiminin nəzərdən keçirdiyi bir müalicə planı hazırlayır. Sözügedən sistem tablet kompüterlər vasitəsilə istifadə olunur. Əvvəlcə simptomlar toplanır, daha sonra suallar verilir və rentgen və kardioqram kimi nəticələr təhlil olunur. Nəticədə ortaya çıxan diaqnoz insan həkimi tərəfindən təsdiqlənərək rəsmiləşdirilir.

"Synyi AI"nin baş direktoru Zhang Shaodian bildirib ki, layihə süni intellektin təkcə köməkçi deyil, müstəqil diaqnostik gücə malik olduğunu nümayiş etdirməyi hədəfləyir. 

Hal-hazırda klinikada yalnız tənəffüs yolları ilə bağlı 30-a yaxın xəstəlik - o cümlədən astma və faringit - diaqnoz qoyulur. Şirkət 2026-cı ilə qədər bu siyahını genişləndirməyi planlaşdırır.

Lakin bəzi tibb mütəxəssisləri süni intellektin insan həkimlərini əvəz edə bilməsi məsələsində ehtiyatlı yanaşırlar. Sinqapur Milli Universitet Xəstəxanasının baş məsləhətçisi Ngiam Kee Yuan, AI həkimlərinin hələ də yalnız ilkin səviyyədə fəaliyyət göstərdiyini bildirərək texnologiyanın real praktikada ehtiyatla tətbiq olunmalı olduğunu vurğulayıb.

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see204

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see188

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see154

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see142

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see138

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see136

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see131

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see131

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see127

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see123

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see122

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see122

Müslüm Maqomayevin SSRİ də göstərilməyən konserti

17 Avqust 2025 09:29see121

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see120

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see119

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see118

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see118

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see118

Almaniya kansleri: Putin Tramp görüşü Ukraynada sülhün bərqərar olunmasına töhfə verə bilər

17 Avqust 2025 03:52see117

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri