Icma.az
close
up
RU
Süni qanın yaradılmasında böyük nailiyyət: Alimlərdən mühüm kəşf

Süni qanın yaradılmasında böyük nailiyyət: Alimlərdən mühüm kəşf

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Alimlər süni qanın kütləvi istehsalına yaxınlaşıblar. Belə ki, laboratoriyada süni qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaradılmasının effektivliyini artırmağın yeni üsulu aşkar edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, Londonun Kraliça Mariya Universitetinin alimlərinin bununla bağlı apardıqları tədqiqatın nəticələri "Science Signaling" (SciSig) jurnalında dərc olunub.

Onlar müəyyən ediblər ki, bu hüceyrələrin formalaşması siqnal ötürücü CXCL12 adlı xemoikin zülalından asılıdır.

Alimlər izah ediblər ki, CXCL12 zülalı eritrositlərin yetişmə prosesində mühüm rol oynayır - o, hüceyrələrin sələflərinin nüvədən qurtulmasına kömək edir və beləliklə, onları tam formalaşmış qırmızı qan hüceyrələrinə çevirir.

Bu proses normalda sümük iliyində baş verir: orada kök hüceyrələr əvvəlcə eritroblastlara (ara mərhələ) çevrilir, sonra isə nüvəni itirərək eritrositlərə çevrilir. Nüvənin itirilməsi hüceyrənin sıxlığını artırır və hemoqlobin miqdarını çoxaldır. Alimlərin apardıqları laborator təcrübələrdə CXCL12 əlavə etməklə bu mərhələni "in vitro" şəraitdə - yəni laboratoriyada - təqlid etmək mümkün olub. Bu isə süni qan istehsalı texnologiyalarının təkmilləşdirilməsinə imkan verir.

Hazırda süni eritrositlər əsasən göbək ciyəsi qanı və ya sümük iliyi mənşəli kök hüceyrələrdən hazırlanır. Lakin bu mənbələrin ehtiyatları məhduddur. Adi hüceyrələrin yenidən proqramlaşdırılması artıq texniki baxımdan mümkündür, lakin nüvədən azad etmə mərhələsində effektivlik 40%-dən yuxarı deyil. Alimlərin fikrincə, CXCL12 istifadəsi bu göstəricini əhəmiyyətli dərəcədə artırmağa qadirdir.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə nadir qan qruplarının yaradılmasına, ağır xəstəliklərin müalicəsi üçün fərdiləşdirilmiş preparatların hazırlanmasına və ən əsası, donor qanı çatışmazlığı probleminin həllinə real töhfə verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri