Icma.az
close
up
RU
Süni yağış texnologiyalarının inkişafı və tətbiqi üçün əməkdaşlıq imkanları müzakirə edilib

Süni yağış texnologiyalarının inkişafı və tətbiqi üçün əməkdaşlıq imkanları müzakirə edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib.

Baş direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani bildirib ki, əsas məqsəd milli strategiyanın icrasına yönələn süni yağış texnologiyalarının inkişafı və tətbiqi üçün praktiki əhəmiyyət daşıyan əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Meliorasiya tədqiqatları şöbəsinin müdiri Nəzər İsmayılzadə çıxış edərək tədbirdə müzakirə olunan mövzuların Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hədəfləri ilə uzlaşdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu strateji sənəd su ehtiyatlarının qorunması, onların daha səmərəli idarə olunması və innovativ texnologiyaların tətbiqi istiqamətində ölkə miqyasında həyata keçirilən tədbirlərə xüsusi önəm verir.

Sonra Beynəlxalq əlaqələr şöbəsinin böyük məsləhətçisi Nəzrin Məmmədova süni yağış texnologiyasının inkişafı ilə bağlı Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunda aparılan işlər, süni yağışın kənd təsərrüfatında, meşə yanğınlarının qarşısının alınması, su ehtiyatlarının idarə olunması və sairdə rolu və əhəmiyyəti haqqında təqdimatla çıxış edib.

Süni yağış texnologiyaları, bu işdə beynəlxalq təcrübələr, iqlim parametrləri və onlara uyğun ərazi seçimi barədə məlumat verən məruzəçi bu məqsədlə Azərbaycanda seçilən ərazilərin Kür-Araz ovalığında Şirvan maili düzənliyinin şimal və mərkəzi hissələrini və Qarabağ zonasını əhatə etdiyini vurğulayıb.

İclasda gözlənilən risklər, səth sularının yığılması, yağış sularından istifadə, su süxurlarının yaradılması və digər məsələlərə də toxunulub.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra qərara alınıb ki, Coğrafiya İnstitutu Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutuna ərazi seçimində kömək göstərəcək, fiziki-coğrafi xüsusiyyətləri, hidrologiyası və iqlim şəraiti ilə bağlı məlumatları göstərməklə ərazinin xəritəsini hazırlayaraq ona təqdim edəcək.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq üçün memorandum imzalanması barədə zəmin yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri