Icma.az
close
up
RU
Suqovuşan əməliyyatı psixoloji dönüş yaratdı ŞƏRH

Suqovuşan əməliyyatı psixoloji dönüş yaratdı ŞƏRH

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən 5 il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının ilk günündə Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində mühüm yüksəkliklər azad edildi.

Hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirib ki, Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsi Vətən müharibəsi zamanı Azərbaycan üçün böyük əhəmiyyət daşıyırdı:


“Bu ərazilərin, yəni şimal istiqamətində yerləşən bölgələrin azad olunması, təbii ki, döyüş əməliyyatlarında iştirak edən və böyük qəhrəmanlıqlar nümayiş etdirən ordumuzun şəxsi heyətinin mənəvi və psixoloji durumuna müsbət təsir göstərirdi. Digər tərəfdən, paralel olaraq eyni gündə cənub istiqamətində – Füzuli və Cəbrayıl istiqamətlərində də ordumuzun uğurlu əks-hücum əməliyyatı davam edirdi və təbii ki, qoşunlar əldə olunan nailiyyətlərdən ən qısa zamanda xəbərdar olurdular. Bu da şəxsi heyətin qələbəyə, yekun zəfərə hesablanmış fəaliyyətlərinə kifayət qədər müsbət təsir edirdi.

Vacib məsələlərdən biri isə Basarkeçərdən gələrək, Kəlbəcərdən Ağdərəyə və Xankəndiyə gedən yolun bir hissəsinin Azərbaycan Ordusunun atəş və vizual nəzarəti altına keçməsi idi. Bu, Ermənistandan Qarabağa alternativ yol hesab edilən Basarkeçər–Ağdərə yolunun Azərbaycan tərəfindən nəzarətə götürülməsi və həmin yolla daşınmaların məhdudlaşdırılması demək idi”.

Ekspert əlavə edib ki, bu ərazidə yerləşən və bir neçə rayonun suvarılmasında istifadə olunan Suqovuşan su anbarının Azərbaycan Ordusunun nəzarətinə keçməsi həm rayonların, həm də qoşunların su ilə təminatında kifayət qədər müsbət rol oynadı:

“Talış və Suqovuşan kəndlərinin azad olunması, Ağdərə rayonu istiqamətində düşmənin uzun illər ərzində yaratdığı “Ohanyan səddi”nin tamamilə darmadağın edildiyini nümayiş etdirdi.

Düşmənin çoxsaylı artilleriya qurğuları, zirehli texnikaları, hava hücumundan müdafiə sistemləri, şəxsi heyəti, avtomobilləri və digər avadanlıqları məhv edildi. Onların bir hissəsi qənimət olaraq Azərbaycan Ordusu tərəfindən ələ keçirildi və qısa müddət sonra ordumuzun şəxsi heyəti qənimət götürülən silahların və texnikaların bir neçəsindən düşmənə qarşı döyüşlərdə istifadə etdi”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri