Icma.az
close
up
RU
Körpülüdən boylanan ziyalı İŞIĞI “O gün uzaqda deyil...”

Körpülüdən boylanan ziyalı İŞIĞI “O gün uzaqda deyil...”

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu yaxınlarda Azərbaycanın yaddaşında dərin izlər qoymuş bir məktəbin Qərbi Azərbaycanın Barana rayonunun Körpülü kənd məktəbinin 105 illik yubileyi Xaçmaz rayonunun Nabran qəsəbəsində təntənəli şəkildə qeyd olunub. Tarixi tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Elşad Musayev, eləcə də Yuxarı Körpülüdən olan tanınmış ziyalılar və iş adamları iştirak ediblər.
Çıxışlarda məktəbin ilk müdiri və banisi olmuş Qoca bəy Süleymanovun, eləcə də bu təhsil ocağının inkişafına töhfə verən digər müəllimlərin xatirəsi böyük ehtiramla yad olunub.
Bu il həm də Qoca Süleymanovun 150, onun oğlu tanınmış uşaq yazıçısı Nəriman Süleymanovun isə 95 illik yubileyləri qeyd olunur.
 

Tədbirdə vurğulanıb ki, Körpülü kənd məktəbi zaman-zaman ölkəmizə 25-ə yaxın alim bəxş edib. Məktəbin məzunları arasında tanınmış həkimlər, mühəndislər, jurnalistlər, müəllimlər və digər peşə sahibləri var. Bu təhsil ocağının yetişdirdiyi insanlar təkcə Körpülünün deyil, bütövlükdə Azərbaycanın fəxridir.


Mənim isə bu görüntüləri izləyərkən düşüncələrim illər öncəyə – orta məktəb illərinə, məktublaşdığımız o sadə, amma duyğulu günlərə qayıtdı. Sovet dövründə Yuxarı Körpülü məktəbinin 8-ci sinif şagirdi Zeynəb Süleymanova ilə bir neçə il məktublaşmışdım. Yuxarı Körpülüdən gələn o “quş qanadlı” dostluq məktubları yaşadığım Şəki rayonunun Kiçik Dəhnə kəndinə sanki ruh, nəfəs gətirirdi.
Hər ikimiz oxuduğumuz məktəblərdən, sinif yoldaşlarımızdan, gələcək arzularımızdan yazardıq. İndiki internet dövründə belə məktubların yaratdığı duyğuların yerini heç nə verə bilməz...
Zeynəbin atası Sədrəddin müəllim riyaziyyat fənnini tədris edirdi. Onun ailəsi, məktəbi, dostları haqqında yazdıqları mənim üçün Yuxarı Körpülünü elə öz kəndim qədər doğmalaşdırmışdı. Görmədiyim o kənd, ayaq basmadığım o məktəb yaddaşımda öz doğmalarım kimi iz buraxmışdı. İndi bu sətirləri yazdıqca o nostalji dolu məktublar bir daha gözlərimin önündə canlanır.
Bakı şəhərində yaşayan yaxın rəfiqəm Ceyran Qaracayeva da Körpülü məktəbi haqqında kövrək xatirələrini bölüşdü.
O da Nabran görüşündə iştirak etmişdi və keçmiş məzunların müəllimləri necə ehtiramla yad etdiklərini qürurla danışdı. Onun sözlərinə görə, qaynatası Süleyman Süleymanov da Körpülü kənd məktəbinin direktorlarından biri olub. Daha sonra Ləmbəli və Ağtala kənd məktəblərində, eləcə də Sabirabad rayonunda müəllim kimi çalışıb.
Süleyman müəllim dövrünün tanınmış ziyalılarından biri idi. 1937-ci ildə onu da repressiya tələsinə salmaq istəyiblər. Ancaq atası Qoca Süleymanov tələbəlik illərində Qori Seminariyasında birgə oxuduğu İosif Stalinə müraciət edərək oğlunu bu bəladan xilas edə bilib.
 

Bu fakt bir daha sübut edir ki, Körpülü kənd məktəbi sıradan bir məktəb deyil – onun hər səhifəsi tarixlə yoğrulub, ziyalılıqla işıqlanıb.


Bu gün Körpülü məktəbinin yubileyi sadəcə bir məktəbin yaşı ilə ölçülmür. Bu, həm də dədə-baba torpağından məcburi didərgin düşmüş Qərbi azərbaycanlıların, o cümlədən körpülülərin doğma yurdlarına qayıdacağı günə olan inamın simvolik ifadəsidir.
O gün isə uzaqda deyil...
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri