Suraxanı qışa necə hazırlaşır?
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Suraxanıda 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Gununsesi.info xəbər verir ki, noyabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətində 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, eləcə də qış aylarında yarana biləcək çətinliklərin vaxtında aradan qaldırılması məqsədilə müşavirə təşkil olunub.
Müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Sosial iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsinin müdiri Vüqar Qəhrəmanov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev, BŞİH-in digər məsul əməkdaşları, RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, rayonunun idarə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək hər kəsi salamlayıb və 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında məlumat verib.
A.Əliyev bildirib ki, kommunal xidmət strukturları qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.
Rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov çıxış edərək 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığını, qış texnikası və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyini, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyini diqqətə çatdırıb.
Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev, Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev çıxış edərək bildiriblər ki, qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Onlar, verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyyələr veriblər.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Baxış sayı:31
Bu xəbər 13 Noyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















