Icma.az
close
up
RU
Suraxanıda müharibə iştirakçısının qarajı buldozerlə dağıdıldı, Dövlət Məşğulluq Agentliyinin avadanlıqları yararsız hala düşdü FOTO

Suraxanıda müharibə iştirakçısının qarajı buldozerlə dağıdıldı, Dövlət Məşğulluq Agentliyinin avadanlıqları yararsız hala düşdü FOTO

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Suraxanı rayonunda “Məkan MTK” Vətən müharibəsi iştirakçısı Sərxan Bünyadovun qarajını buldozerlə dağıdıb, içindəki avadanlıqları yararsız hala salıb. 

Pravda.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə aidiyyəti qurumlara müraciət edib. 

O bildirib ki, avtomobil elektriki kimi fəaliyyət göstərən S.Bünyadov müharibədən əvvəl qarajı kirayə götürüb: 

“Müharibədən qayıtdı, Suraxanı rayonunun keçmiş icra başçısı qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Dövlət Məşğulluq Agentliyinə müraciət etdi, sağ olsunlar elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı. Sərxan daxil olmaqla, heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyiblər ki, çıxın, buranı almışıq. Halbuki bu insanların əllərində sənədlər var, haqlı olaraq etiraz ediblər. Növbəti gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq-qırıq olub, dağıntıların altında qalıb. Dərhal "102 xidməti"nə zəng edib, Daxili İşlər Nazirliyinə məlumat verib. Deyiblər ki, araşdıracağıq, hələ də xəbər yoxdur. Suraxanı Rayon İcra Hakimiyyətinə bildirib, onlar da bələdiyəyə yönəldiblər. Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox televiziya kanalları gəlib çəkib, amma bina tikənlər televiziya çəkilişinin gəldiyini görəndə qaçırlar. Bu adam dələduz deyil, kimdənsə havayı pul istəyən qazi deyil, sadəcə, öz əməyi ilə öz işini quran, gecə-gündüz çalışan bir adamdır. Belə bir adama qarşı bu münasibət  adamı təəssüfləndirir. "Məkan MTK” adını dəyişib “Fin MTK” qoyub”. 

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR

03 Mart 2025 23:41see206

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see135

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see130

Emosional sarsıntılar və çaşqınlıqla üzləşməyə hazır olun...

04 Mart 2025 02:00see128

“Barselona” mövsüm sonuna qədər doğma stadiondan məhrum qalacaq

04 Mart 2025 00:58see128

Ceyhun Bayramov Qui Yeop Son ilə görüşüb

03 Mart 2025 21:27see127

Messi niyə son matçda oynamayıb? Baş məşqçisi səbəbi dedi

03 Mart 2025 13:31see124

Universitetlərdə rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyən əsasnamə təsdiqlənib

03 Mart 2025 14:12see118

Zelenskinin istefası gündəmdədir: Onu kim əvəzləyəcək? ADLAR

03 Mart 2025 12:17see116

“İdman həftəsi” çərçivəsində ahıllar üçün yarış FOTO

03 Mart 2025 21:52see116

Liderlər təklif hazırlayır, ancaq onu Putinə göndərə bilmir!

03 Mart 2025 22:36see116

Cənubi Qafqazda sülh üçün səylərimkzi artırdıq

03 Mart 2025 21:16see115

Bu içkilər kokain asılılığına bərabərdir

04 Mart 2025 02:11see115

Ronaldosuz “Əl Nəsr” Tehranda heç heçə oynadı

04 Mart 2025 00:34see115

Avropa qışda qaz ehtiyatlarını doldurmaqda çətinlik çəkəcək Gazprom

03 Mart 2025 22:25see114

AB Ukraynadan daha çox Rusiyaya pul verib Tramp

04 Mart 2025 00:08see113

Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər

04 Mart 2025 03:00see112

Gürcüstan xarici agentlər haqqında yeni qanun layihəsinə baxmağa başladı

03 Mart 2025 19:15see112

Bal ilə çay və... boğaz müalicəsinin beş alternativ üsulu, hansından imtina etməli

03 Mart 2025 19:43see111

“Çıxışlarım və söylədiklərimə görə indi hazırda təəssüf edirəm”

03 Mart 2025 21:16see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri