Icma.az
close
up
RU
Ramana Maştağa yolunu yedilər Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR

Ramana Maştağa yolunu yedilər Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb. 2016-cı ildə salınan Ramana-Maştağa avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) böyük bir hissəsi 2022-ci ildə "Azərsu"  tərəfindən sıradan çıxarılıb. Bu qurumun Ramananın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün  tenderdə qalib edərək 8,2 milyon manat ödədəyi  “Arko Təmir Tikinti Şirkəti" nəinki əraziyə kanalizasiya xəttini çəkməyib, su xətti üçün asfalt örtüyünü də qazaraq bərbad hala salıb və bərpa işləri aparmayıb. 


Sitat.info olaraq, sakinlərin şikayəti üzərinə əraziyə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq, yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları da yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranmışdı. Qazılarkən məqsəd həm də kanalizasiya sisteminin çəkilməsi olsa da, bu məsələ tamamilə gündəlikdən çıxarılıb. Hazırda qəsəbədə ümumiyyətlə kanalizasiya xətti yoxdur. 

Qeyd edək ki,  bu işləri “Arko Təmir Tikinti Şirkəti” MMC aparıb. Belə ki, şirkət 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün  8 202 558 manatlıq tenderi qazanıb.


Həmin ildə qəsəbəyə su çəkilib, kanalizasiya xətlərinin pulu “yeyilərkən” yolun müxtəlif hissələrindən asfalt örtük kəsilib, lakin sonradan əsaslı bərpa əvəzinə yülgülvari yamaq vurulub. Hazırda magistralın kənarları elə bərbad vəziyyətdədir ki,  nəqliyyat hərəkət edə bilmir və yol daralıb. 


Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra sıradan çıxarılıb. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən  magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər. Bu asfalt örtüyü çəkilən zaman kanalizasiya da sistemi ümumiyyətlə çəkilməyib.


Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında  Prezident İlham Əliyev iştirak edib. Cəmi 6 il sonra "Azərsu" 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmayıb, vəsaitin böyük bir hissəsini havaya sovurub, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini də tamamilə siyahıdan çıxarıb. 


Məsələ ilə bağlı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğluna mayın 17-də sorğu ünvanladıq. 20 gündən artıqdır ki, suallarımıza cavab ala bilmirik.

İlk reportajdan bir neçə gün sonra aidiyyatı qurum əraziyə gələrək, təqribən 10 metrlik ərazini asfaltlayıblar. Sakinlər bildirirlər ki, ADSEA-nın su xətti üçün qazıb bərbad hala saldıqları yüzmetrlərlə yolu görməzdən gəliblər. Görüntü xatirinə bir qədər ərazidə görünüb, 5-10 metr asfaltlama işi aparıb, işlərini bitmiş hesab ediblər. Bir sözlə gözə kül üfürməyə çalışırlar. 


8 milyonluq layihənin icrası, tenderin keçirilməsi, su xəttinin çəkilməsi, kanalizasiya xətti üçün ayrılan vəsaitlərin mənimsənilməsi, dağıdılmış yolun bərpasına ayrılan vəsaitin böyük bir hissəsinin “yeyilməsi” 2023-cü ilin martında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi  rəhbəri təyin edilən Zaur Mikayalovun rəhbərliyi dövrünə təsadüf edir. 


Çünki su xəttinin çəkilməsi prosesi isə 2023-cü ilin ikinci yarısında ayında aparılıb. Belə ki, 2 oktyabr 2023-cü ildə bu haqda Sabunçu RİH-in saytında bu barədə xəbər dərc olunub. Maraqlısı budur ki, xəbərdə yalnız su xəttindən bəhs edilir. Göründür kanalizasiya məsələsi ümumiyyətlə gündəmdən çıxarılıb. 


Bu mövzuda artıq ikinci araşdırmamız dərc olunur. Ümid edirik ki, Dövlət Agentliyi 8 milyon manatın haraya xərcləndiyi barədə sorğumuza detallı və əsaslandırılmış şəkildə cavab verər. 

Məğrur Salmanov,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 İyun 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri