Suraxanıda növbəti səyyar görüşlər keçirildi Foto
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Yanvarın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 89 saylı tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə təşkil olunmuş görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında inamla və uğurla inkişaf edib, dövlətimizin beynəlxalq nüfuzu artıb, ölkəmizdə sabitlik hökm sürür, xalqımız təhlükəsizlik şəraitində yaşayır.
Azərbaycana qarşı əsassız ittihamların olmasına baxmayaraq, bunların heç biri ölkəmizin gücünü sarsıda bilmədi. Biz, dünya güclərinin istəklərinə rəğmən, ərazi bütövlüyümüzü də, dövlət suverenliyimizi də bərpa etdik. Bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək birliyimizi nümayiş etdirməliyik. Qarşımıza çıxan problemlərin həllinə birgə nail olmalıyıq.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Baxış sayı:132
Bu xəbər 16 Yanvar 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















