Icma.az
close
up
RU
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 iyun, AZƏRTAC

Iyunun 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 279 nömrəli tam orta məktəbdə "Qərbi Azərbaycan: Tarixin izi ilə" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qonaqlar şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi, həmçinin Qərbi Azərbaycanın tarixi-mədəni irsini əks etdirən abidələrin maketləri ilə tanış olublar.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Ardınca Qərbi Azərbaycan Televiziyasının İcmanın fəaliyyəti ilə bağlı hazırladığı video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib, məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin və Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, ölkədə sabitlik və inkişafın əsasını qoyub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Azərbaycanın müasir inkişaf yolunun və əldə etdiyi uğurların təməlində Milli Qurtuluş Günü dayanır. O qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən sonra Qərbi Azərbaycana qayıdış ideyası yeni mərhələyə qədəm qoyub. Deputat vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri Qərbi Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bölgənin maddi-mədəni irsinin qorunması və saxtalaşdırılmış tarixi faktların ifşa edilməsidir.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev isə çıxışında Qərbi Azərbaycana qayıdış ideyasının azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsinə çevrildiyini qeyd edib.

Milli Məclisin deputatları Vüqar İskəndərov, Qaya Məmmədov və Sevinc Fətəliyeva, həmçinin kulturoloq Fuad Məmmədov Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və təbliği, tarixi-mədəni irsin qorunması, eləcə də bu istiqamətdə aparılan elmi və maarifləndirici fəaliyyətlərin əhəmiyyətindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri