Icma.az
close
up
RU
Malayziyada Qərbi Azərbaycan həqiqətlərindən danışılıb

Malayziyada Qərbi Azərbaycan həqiqətlərindən danışılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 18 iyun, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfirliyi “Qərbi Azərbaycan reallığı: dağıdılmış İslam irsi, tarixi ədalət və ləyaqətli qayıdış hüququ” mövzusunda hibrid formatda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, Malayziyanın nüfuzlu ali təhsil ocaqlarından olan Malayziya Beynəlxalq İslam Universitetində (International Islamic University Malaysia - IIUM) keçirilən tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və məzunlar da daxil olmaqla, 100-dən çox şəxs iştirak edib. Universitetin rektoru Osman Bakar və səfir İrfan Davudov tədbirin məqsədi və mövzusu barədə məlumat veriblər.

Səfirliyin müşaviri Elsevər Salmanovun moderatorluğu ilə keçirilən tədbirdə daha sonra Milli Məclisin üzvləri Qaya Məmmədov, Fariz İsmayılzadə və Vüqar Bayramov, eləcə də Malayziya Beynəlxalq İslam Universitetinin professorları Məhəmməd Naqib, Olsi Yazuçiu və Əhməd əl-Məhəmmədi mövzu üzrə elmi təqdimatlarla çıxış ediblər.

Sonra Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının məqsəd və mahiyyəti, ermənilərin regiona köçürülməsi ilə paralel olaraq milli-dini zəmində problemlərin meydana çıxması, azərbaycanlıların deportasiya edilməsi barədə məlumat verilib. Həmçinin məqsədyönlü şəkildə azərbaycanlılara məxsus tarixi, dini, mədəni izlərin silinməsi prosesi, Çar Rusiyasının bu siyasətinin SSRİ tərəfindən davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun hərbi yolla azad olunması, hazırda regionda yaranmış sülh şəraiti, Qərbi Azərbaycana ləyaqətli qayıdış hüququ kimi məsələlər ətrafında tarixi və beynəlxalq hüquq nöqteyi-nəzərindən müzakirələr aparılıb.

Çıxış və müzakirələr zamanı xüsusi olaraq vurğulanıb ki, Qərbi Azərbaycana qayıdış hüququnun reallaşdırılması üzrə fəaliyyət heç bir halda hər hansı dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlməyib.

Professor Osman Bakar belə tədbirlərin elm ocaqlarında keçirilməsinin cəmiyyət üçün faydalarından, həqiqətlərin anlaşılması baxımından olduqca mühüm əhəmiyyət kəsb etməsindən danışıb, gələcəkdə səfirliklə əməkdaşlıqda daha geniş tədbirlərin təşkilinin nəzərdə tutulduğunu bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri