Icma.az
close
up
RU
Sürət itirən bazar: Rusiyada avtosalonlar bağlanır Səbəb təkcə maşın deyil

Sürət itirən bazar: Rusiyada avtosalonlar bağlanır Səbəb təkcə maşın deyil

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İlin sonuna qədər Rusiyada fəaliyyət göstərən avtosalonların təxminən 20%-i bağlana bilər. Bu xəbər sadəcə avtomobil sektoruna aid texniki bir dəyişiklik deyil – əslində Rusiyanın getdikcə daha çox izolyasiyaya sürüklənməsinin və daxili bazarda dərinləşən problemlərin göstəricisidir.

Avtosalonların bağlanması ilk baxışda logistika və tədarük zəncirindəki pozulmalar, xarici brendlərin bazardan çıxması və qiymətlərin artması ilə izah olunur. Amma bu sadəcə problemin səthidir. Dərinliyə getdikdə görünür ki, qərb brendləri Rusiya bazarını tərk edib və onların yerini Çin avtomobilləri tutur, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür və insanlar avtomobil almaq yerinə, olanı qorumağa çalışırlar, avtomobil kreditləri və lizinq imkanları məhdudlaşıb, sanksiyalar təkcə brendlərə deyil, ehtiyat hissələri, proqram təminatı və texniki xidmətlərə də təsir göstərib.

Yəni Rusiya avtomobil bazarı sadəcə daralmır, hərəkət dayanmaya doğru gedir.

Rusiyadakı bu dəyişiklik təkcə avtomobil sektoru ilə bitmir. Əslində, ticarət mərkəzləri, elektronika mağazaları, geyim brendləri və xidmət sektorunda da eyni tendensiya yaşanır. Sadəcə avtosalonlar daha görünən və simvolik sektor olduğu üçün ilk xəbərdarlıq zəngi burada çalınır.

Unutmayaq ki, avtomobil təkcə nəqliyyat vasitəsi deyil. O, orta təbəqənin iqtisadi güc göstəricisi, daxili bazarın aktivlik səviyyəsi, istehlakçının gələcəyə inamı və texnologiya dövriyyəsinin simvoludur. Əgər bir ölkədə avtosalonlar kütləvi şəkildə bağlanırsa, bu o deməkdir ki, insanlar sabaha güvənmir.

Rusiya hazırda sanksiyaların, geosiyasi təcridin və daxili iqtisadi çətinliklərin ortasında öz sükanını düz saxlamağa çalışır. Amma 20% avtosalonun bağlanması bu sükanın boşalmağa başladığının simvoludur. İstiqamət itdikcə, təkcə avtomobil sektoru yox, bütün iqtisadi sistem bu qeyri-müəyyənliklə üz-üzə qalır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri