Icma.az
close
up
RU
Sürət yarışı keçirən maşınlara qəzaya düşdü; 2 ölü, 3 yaralı var DYP DETALLARI AÇIQLADI VİDEO

Sürət yarışı keçirən maşınlara qəzaya düşdü; 2 ölü, 3 yaralı var DYP DETALLARI AÇIQLADI VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yanvarın 16-sı, saat 20-də Sumqayıt şəhəri Sülh küçəsində Abşeron rayon sakini 2004-cü il təvəllüdlü Elşad Ceyhun oğlu Məmmədov idarə etdiyi "Hyundai" markalı 77-UG-721 dövlət nömrə nişanlı avtomobillə piyada keçidində yolu keçən şəhər sakini 1960-cı il təvəllüdlü Yavər Əjdər oğlu Mehdiyevi vurub. Bundan sonra idarəetmədən çıxan avtomobil yolun kənarındakı hasara çırpılıb və nəticədə avtomobildə yanğın baş verib".
Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib. "Hadisə nəticəsində piyada Yavər Mehdiyev və eləcə də sürücü Elşad Məmmədovun sərnişini olan Tovuz rayon sakini 2003-cü il təvəllüdlü İntiqam Qalib oğlu Paşayev hadisə yerində həyatlarını itiriblər. Sürücü E.Məmmədov və onun digər sərnişinləri Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Təbriz Rövşən oğlu Fərəcli, Abşeron rayon sakini 2004-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Əliyev xəstəxanaya yerləşdiriliblər. Avtomobilin mühərrikinin yanar konstruksiyaları yanıb. Həmin vaxt "Hyundai" markalı avtomobilin yanında hərəkətdə olan Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı 99-TX-628 dövlət nömrə nişanlı avtomobil də hasara çırpılıb və sürücü hadisə yerini tərk edib. Belə bir ehtimal var ki, hər iki avtomobil sürət yarışı təşkil ediblər və nəticədə belə ağır hadisə baş verib. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev vurğulayıb.
M.Ağayev onu da qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə, xüsusən də gənc sürücülərə müraciət edərək, bu cür ağır yol-nəqliyyat hadisələrindən nəticə çıxarmağı, cəmiyyətə və qanunlara hörmətsizlik etməkdən çəkinməyə çağırır və yol hərəkəti qaydalarına əməl etmələrini tələb edir.
***
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan bir nəfərinin vəziyyəti ağırdır". Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib. "Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16 yanvar saat 20:40-da üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onlardan bir nəfər qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, müştərək travmatik sınıqlar diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Müxtəlif bədən xəsarətləri alan iki nəfərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində, Sülh küçəsində "Hyundai" və KIA markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri