Icma.az
close
up
RU
Sürəyya Ağaoğlu:İstanbulda Türkiyənin ilk azırbaycanlı qadın hüquq vəkili anıldı Fotolar

Sürəyya Ağaoğlu:İstanbulda Türkiyənin ilk azırbaycanlı qadın hüquq vəkili anıldı Fotolar

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Dünən İstanbul Türk Ocağının konfrans salonunda Türkiyənin ilk qadın hüquq vəkili, uşaq hüquqlarının qorunması sahəsində ilk addım ataraq 1949-cu ildə  Uşaq Dostları Dərnəyini yaradan Sürəyya Ağaoğlunun (1903-1989)  həyatı və fəaliyyəti ilə bağlı konfrans keçirilib. 


Sherg.az xəbər verir ki, Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayram açıb. 



 

O, Sürəyya Ağaoğlunun yetişdiyi ailə və ictimai mühitdən söhbət açıb. C.Bayram ötən əsrin əvvəlində Türkiyəyə mühacirət edən Əhməd bəy Ağaoğlunun milliyyətçi dərnək və quruluşların yaradılmasında, Türkiyənin ictimai-siyasi fikir tarixində önəmli rolundan bəhs edib. Eyni zamanda S.Ağaoğlunun gələcək fəaliyyətində ailə və ictimai mühitin təsirlərindən danışıb, bugünkü gənclərin S.Ağaoğlunun mübariz obrazından öyrənməli olduğunu deyib. 

C.Bayram qeyd edib ki, kimsəsiz, küçələrdə valideyn qayğılarından məhrum olan uşaqların təlim-tərbiyəyə cəlb olunması, topluma faydalı fərdlərə çevrilməsi kimi məsələlər hələ 1927-ci ildən Türk Ocaqlarının diqqət mərkəzində olub, bu sahədə proqramların qəbulunun vacibliyini vurğulayıblar. Türk Ocağının nəzərdə tutduğu bu ideyanı S.Ağaoğlunun yerinə yetirildiyini qeyd edən C.Bayram belə şəxsiyyətlərin həyatının gənclərə örnək olduğunu deyib.


Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bildirib ki, Türkiyə və Azərbaycanın ortaqlaşan tarixində S.Ağaoğlunun parlaq şəxsiyyəti aktuallığını həmişə qoruyub saxlayır. 


Türkiyədə 1921-ci ildə qızların hüquq təhsili almasına ilk çığır açan, 1928-ci ildə ilk dəfə hüquq vəkili kimi rəsmi qeydiyyatdan keçən, dünyanın 70-dən çox ölkəsinə səyahət edən, həmin dövlətlərin bir çoxunda qanunvericilik aktlarının təkminləşdirilməsində, uşaq və qadın hüquqlarının qorunmasında təklif və rəylərini bildirən S.Ağaoğlunun fəaliyyəti çoxşaxəlidir. Uşaq dostları dərnəyini yaradaraq cəmiyyətin diqqətini kimsəsiz uşaqlara, valideyn qayğısına ehtiyacı olan körpələrə yönəldən S.Ağaoğlu Türkiyədə ilk addımı atdı. Yüzlərlə sevgi və nəvazişə möhtac qalan uşağa analıq qayğısı göstərdi, onlara Yurd yeri açdı. 


 

Vəkil Hilal Gültəpə Öztürk S.Ağaoğlunun vəkil kimi fəaliyyətinə toxunub, ötən əsrin əvvəllərində Türkiyədə qadın hüquqlarının vəziyyətindən danışıb. S.Ağaoğlunun qadın haqlarına  dəyər verən, güclü lideri Ziya Gökalpdan ilhamlandığını deyib. Uşaqlıqdan vəkil olmaq arzusunu dilə gətirib. Öncüllüyü, hazırcavablığı, qərarlılığı ilə bütün qadınlara örnək olub. H.G.Öztürk S.Ağaoğlunun 17 yaşında hüquq fakültəsinə qəbul olması üçün verdiyi mücadilədən, tələbəlik illərində etdiyi etirazlarından danışıb. Üstəlik o, Türkiyə Cümhuriyyətinin hələ elan edilmədiyi bir vaxtda tələbə qızların sayının artması və qadınların hüquq peşəsinə yiyələnmələri üçün mübarizə aparırdı. Hüquq fakültəsini bitirdikdən sonra da davam etdirdiyi etirazları ilə qadın hüquqçulara yol açdı. O, xüsusilə də uşaq məhkəmələrində fəaliyyət göstərmək istəyib. Hazırda Türkiyədə uşaq məhkəmələri var və bu, S.Ağaoğlunun sayəsindədir. Adıçəkilən vəkil dünyanın fərqli yerlərində baş tutan tədbirlərə də qatılırdı. Son dərəcə intellektual idi, xarici dil bilgisi də vardı. Hazırda qadın hüquqlarını qorumağa xidmət edən dərnəklər bugünkü bir çox qızlarımıza - yəni kiçik Sürəyyalara da nümunədir. Çünki həmin təşkilatların qurucuları arasında S.Ağaoğlu da yaxından fəaliyyət göstərib.  


Azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı Dilqəm Əhməd konfrans iştirakçılarına şəxsi kolleksiyasından olan S.Ağaoğlunun da yer aldığı bir fotoşəkil göstərib. Fotoşəkil kişi müəllim və tələbələrin arasında biri S.Ağaoğlu olmaqla üç qız tələbəni əks etdirir. D.Əhməd S.Ağaoğlunun vəkil olduğu ilk məhkəməsi haqqında məlumatları "Milliyyət" qəzetinin arxivindən tapdığını diqqətə çatdırıb:

“26 dekabr 1927-ci ildə S.Ağaoğlunun vəkillik etdiyi boşanma ilə bağlı birinci məhkəməsi Ankarada olub. Hər kəs ilk qadın vəkili görmək üçün gəlmişdir. Amma Sürəyya xanım göstərişi sevmirdi. Eyni zamanda məhkəmə boşanma səbəbindən qurulduğu üçün prosesin gizli qalmasını istəyib”. 


Sonda A.Aşırlı layihə rəhbəri olduğu “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” adlı kitabı tədbir iştirakçıları üçün imzalayıb və xatirə fotoları çəkilib.










Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2024 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri