Suriya Demokratik Qüvvələri Dəməşqi Kobani ətrafında hücumlarda ittiham edir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Suriya Demokratik Qüvvələri Dəməşq tərəfdarlarının Kobani (Əyn əl-Ərəb) və Əl-Aqtan həbsxanası istiqamətində atəşkəsə baxmayaraq hücumlara davam etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə Al Hadath məlumat yayıb.
SDQ mətbuat xidməti bildirib ki, hökumətə bağlı silahlı qruplar ağır silah və artilleriyadan istifadə edərək bu bölgələrə vətəndaşların sıx yaşadığı ərazilərə atəş açıb. SDQ öz bəyanatında qeyd edib ki, atəşkəs rejimi qüvvədə olmasına baxmayaraq, hökumət qüvvələrinin Kobani, Həsəkə və Əl-Aqtan həbsxanası ətrafında ən azı 22 pozuntuya yol verdiyini bildirib. Su və elektrik təchizatı kəsilməsi kimi humanitar şəraitin pisləşməsinə səbəb olan tədbirləri də kəskin tənqid ediblər.
SDQ habelə Dəməşqi atəşkəsə əməl etməməkdə və təhlükəsizlik vəziyyətini daha da gərginləşdirməkdə ittiham edib və atəşkəsin tam şəkildə tətbiq olunması üçün beynəlxalq tərəfləri tədbir görməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















