“Suriya Demokratik Qüvvələri” silahı yerə qoymayacaq
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın silah buraxma çağırışına “Suriya Demokratik Qüvvələrinin” lideri Mazlum Abdi reaksiya verib.
Metbuat.az xəbər verir ki, Vaşinqtonda “Suriya Demokratik Qüvvələrinin” təşkil etdiyi konfransa onlayn vasitəsilə qatılan Abdi, Öcalanın silahı buraxma çağırışının onlara aid olmadığını ifadə edib. Onun sözlərinə görə, Öcalan çağırışını PKK-yə edib.
Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” Suriyanın şimalında geniş əraziyə nəzarət edir. “Suriya Demokratik Qüvvələri”nin sıralarında PKK qruplaşmasının qanadı olan YPG terrorçuları üstünlük təşkil edir. Bundan əvvəl PKK/PYD terror təşkilatının lideri Salih Müslüm isə silahı yerə qoya biləcəklərini açıqlamışdı. Qruplaşma lideri, “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, silahlarımızı yerə qoyacağıq” - deyə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















