Icma.az
close
up
RU
Suriya ərəb dünyasına geri qayıdır

Suriya ərəb dünyasına geri qayıdır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya ərəb dünyası ilə əlaqələri bərpa etmək niyyətindədir  - yaxın zamanda rəsmi Dəməşqin Körfəz ölkələri ilə münasibətlərinin bərqərar olunmasına şahidlik edə bilərik. Fevralın 2-də Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəraa Səudiyyə Ərəbistana rəsmi səfər edib - bu, onun müvəqqəti hökumətin XİN rəhbəri Əsəd Həsən əl-Şibaninin müşayiəti ilə baş tutan ilk xarici səfəridir. Səfər zamanı əl-Şəraa Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi  Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.  Qeyd edək ki, Suriyanın yeni rəhbərinin səfərindən əvvəl Dəməşqə Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani səfər edib.

Suriyanın “SANA” dövlət agentliyinin məlumatına görə, Əhməd əl-Şəraa  ilə Məhəmməd bin Salman arasında baş tutan görüşdə Suriyanın gələcək təhlükəsizliyi və regiondakı hazırki proseslər, o cümlədən ikitərəfli diplomatik-siyasi və iqtisadi ticari münasibətlərin bərqərar olunması istiqamətində atılacaq addımlarla bağlı məsələlər müzakirə olunub.

Görüşdən sonra əl-Şəraa bəyan edib ki, o, Səudiyyə Ərəbistanın vəliəhdi ilə məhsuldar görüş keçirib və Ər-Riyadın Suriyanın ərazi bütövlüyünün təmin olunmasında və bir dövlət kimi yenidən formallaşmasında iştirak edəcəyini ümid edir.

“Biz, bir çox sahələrdə, xüsusilə humanitar,  iqtisadi və enerji sahələrində əməkdaşlıq perspektivləri barədə geniş müzkirə apardıq,” - deyən əl-Şəraa Dəməşq  ilə Ər-Riyad arasında ikitərəfli münasibətlərin normallaşmasının Suriyada və regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töfhə verəcəyini vurğulayıb.

Əl-Şəraa ilk səfərini niyə məhz Ər-Riyada edib?

Suriyanın yeni rəhbəri Əhməd əl-Şəraanın ilk xarici səfərini Səudiyyə Ərəbistana etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər Əl-Şəraanın bu səfərini siyasi məsələlərə bağlayırlar - belə ki, onlar hesab edirlər ki, yeni hakimiyyət Dəməşqin Ərəb Liqasına üzvlüyünün bərpa olunmasını və Suriya üzərində Qərbin sanksiyalarının tez bir zamanda aradan qaldırılmasını istəyir,  habelə vaxtilə Əsəd hakimiyyətinin müttəfiqi olan qüvvələrin ölkədəki təsir imkanlarının məhdudlaşması üçün dəstəyə ehtiyacı var. Buna görə də yeni hakimiyyət Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə diplomatik-siyasi münasibətləri bərpa etmək marağındadır, daha doğrusu, ekspertlər belə düşünürlər ki, onlar öz amallarına Ər-Riyad  və Körfəz ölkələrinin dəstəyi ilə nail ola bilərlər.

Bir qrup ekspert isə əl-Şəraanın səfərində daha çox iqtisadi məsələlərin dayandığını vurğulayırlar - onlar öz fikirlərini bununla əsaslandırırlar ki,  yeni hakimiyyət Suriyada genişmiqyaslı yenidənqurma və bərpa-quruculuq işlərini aparmaq üçün  Ər-Riyadın maliyyə yardımına ehtiyac duyur.

Təbii ki, hər iki tərəf öz fikirlərini arqumentləşdirirlər - neft-qaz ehtiyatları ilə zəngin olan Səudiyyə Ərəbistanı ərəb dünyasında əsas söz sahibi, geniş kapitala və mədəni təsir imkanlarına malik olan bir ölkədir. Bu baxımdan Suriyanın istər dövlət kimi yenidən qurulması, istərsə ərazi bütövlüyünün təmin olunması, istərsə də iqtisadiyyatının dirçəlməsində Türkiyə ilə yanaşı Ər-Riyad da əhəmiyyətli rol oynamaq iqtidarındadır.

Ər-Riyadın investisiyası nəyə xidmət edəcək?

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə, xüsusilə Körfəz bölgəsində geostrateji, geosiyasi və geoiqtisadi güc mərkəzidir - bu ölkə regionda 40 ildən çoxdur ki, sülh, sabitlik və təhlükəsizliyin təminatçısı rolunda çıxış edir - regiondan kənar olan istənilən ölkə addım atarkən Ər-Riyad  ilə daim təmaslar saxlayıb və maraqlarını nəzərə alıblar. Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, Qərb ölkələrinin regionla bağlı əlaqələri məhz Ər-Riyad  ilə koordinasiyalı şəkildə baş tutub.

Suriyanın yeni dövrə qədəm qoymasında da şübhəsiz ki, Səudiyyə Ərəbistanı öz sözünü deyəcək - Ər-Riyadın bu ölkə ilə qədim siyasi və mədəni bağlantıları var.  Suriyanın yeni hakimiyyəti  Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etməkdə  necə maraqlıdırsa, Ər-Riyad  da o qədər maraqlıdır.

Suriyada şəhərlər, qəsəbələr və kəndlərin yenidən bərpası, yeni istehsal müəssisələrinin və enerji infrastrukturunun qurulmasında Səudiyyə Ərəbistanın, o cümlədən digər Körfəz ölkələrin şirkətlərinin də iştirak etməsi mümkündür- yaxın gələcəkdə Suriyaya böyük investisiya axın etməsi ehtimal olunur.

Bununla, Səudiyyə Ərəbistanı ərəb dünyasında siyasi və iqtisadi dayaqlarını daha möhkəmləndirəcək.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri