Icma.az
close
up
RU
Suriya federativ dövlətə çevrilə bilər? Türkiyəli professorla SİYASİ GÜNDƏM

Suriya federativ dövlətə çevrilə bilər? Türkiyəli professorla SİYASİ GÜNDƏM

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriya bir dövlət olaraq yeni dövrə qədəm qoyur.

Bu gün Suriyanın suverenliyinə və ərazi bütövlüyünə həm daxili siyasi qüvvələrin qərarları, həm də beynəlxalq güc mərkəzlərinin maraqları təsir göstərəcək. 

Son bir-iki il ərzində Suriyada hansı proseslərin baş verəcəyinə və bunun hansı nəticələrə gətirib çıxaracağına şahidi olacağıq.

Suriyanın bir dövlət kimi varlığını davam etdirməsi və ya parçalanması sual olaraq qalır.

Məsələ ilə bağlı Türkiyənin Kocaeli Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinin professoru İrfan Kaya Ülger “Cebheinfo.az”-ın suallarını cavablandırıb. 

- İrfan müəllim, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın taleyi ilə bağlı iki mühüm məsələ müzakirə olunur. Birincisi, Suriyanın ərazi bütövlüyü və suverenliyi, ikincisi isə Suriyada yeni idarəetmə sistemi məsələsidir.  Maraqlıdır, Suriyanın ərazi bütövlüyü və suverenliyi qorunacaqmı? Türkiyə Suriyanın ərazi bütövlüyünün təminatına zəmanət verəcəkmi?

- Əsəd rejiminin devrilməsindən sonra Suriyanın gələcək taleyi rejimə qarşı uzun müddət mübarizə aparan qüvvələrin qərarlarından asılı olacaq. Hesab edirəm ki, bir müddət Suriya müvəqqəti hökumət tərəfindən idarə olunacaq. 

Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən Suriyada öncə seçkilər keçirilməli və ölkənin yeni konstitusiyası hazırlanmalıdır. Suriyanın yeni inzibati idarəetmə sistemi ilə bağlı məsələlər bir il içərisində müzakirə olunacaq. 

Suriyanın hansı idarəetmə sistemi altında varlığını davam etdirməsi və yönədilməsi müzakirələr çərçivəsində müəyyən olunacaq. Şübhəsiz ki, Suriyanın gələcək taleyi ilə bağlı məsələlərin həll olunmasında rejimə qarşı uzun müddət mübarizə aparan qüvvələrin qərarları, o cümlədən regiondakı ölkələrin mövqeyi mühüm rol oynayacaq. 

Türkiyə Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atacaq. Suriyada sülh, sabitlik və əmin-amanlığın bərqərar olunması Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki “Ərəb baharı” dövründə, yəni 2011-ci ildən bu günə qədər Türkiyənin dövlət rəhbərliyi dəfələrlə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. 

Üç gün öncə Qətərin paytaxtı Dohada İran və Rusiya XİN rəhbərləri ilə keçirilən görüşdə də Türkiyə bir daha öz mövqeyində qəti olduğunu vurğuladı. Türkiyə bu məsələdə zəruri tədbirlər görməyə hazırdır və görəcək də. Bəli, ABŞ və başqa güclər Suriyanı federativ bir ölkə olaraq görmək istəyir. Sözsüz ki, bu, ayrıca bir müzakirə predmenti olacaq. 

- İran Suriyadan geri çəkilib, yaxın zamanda Rusiya da Suriyanı tərk edəcək. Bununla yanaşı, İsrail ordusu Suriyanın cənub torpaqlarına sahib çıxmağa çalışır, ABŞ Suriyanın kürdlərin məskunlaşdığı ərazilərdə varlığını davam etdirir. Maraqlıdır, Suriya Türkiyə, ABŞ və İsrailin təsir zonalarına bölünməsi ehtimal oluna bilər?  

- Bəli, hazırda nəzəri baxımdan bu kimi iddialar irəli sürülməkdədir. Bəziləri iddia edirlər ki, ABŞ və İsrail Suriyada öz təsir dairəsini daha da genişləndirəcək. 

Xüsusilə vurğulayım ki, ABŞ Yaxın Şərq strategiyasında iki mühüm məsələyə diqqət göstərir. Birincisi, İsrailə potensial təhdid yaradan dövlətlər ilə İsrail arasında normal diplomatik-siyasi münasibətlər qurmaq, ikincisi, İsrailə qarşı olan ölkələri parçalamaq siyasəti güdür.

Səddamın İraqı və Qəddafinin Livyası buna nümunədir. Hazırda Suriyada buna gətirib çıxaracaq proseslərin baş verməsinə şahidi oluruq. Vaşinqton Suriyada qeyri-sabitliyin davam etməsində və ölkənin parçalanmasında maraqlıdır. ABŞ Suriyanın şərqində muxtar bir kürd vilayətinin əsasının qoyulmasını və ondan sonra müstəqil bir dövlətə çevrilməsini istəyir. Təbii ki, Türkiyə ABŞ-nin planından xəbərdar və bu planın həyata keçməsinə imkan verməyəcək. 

İsrail isə Suriya ilə sərhəddə Colan təpələrinin ətraf ərazilərini nəzarətə götürüb və burada bufez zonanın yaradılmasına çalışacaq. Hazırda Suriyanın gələcək taleyi ilə bağlı məsələlər, xüsusilə federativ idarəetmə sisteminin formallaşması və ya ölkənin ərazi bütövlüyünün tam qorunması məsələsi önəmli müzakirə predmenti olacaq. Gəlin ilin yanvarından ABŞ-nin prezidentlik postunu tutacaq Donald Trampın Suriya ilə bağlı hansı strategiyanı yürüdücəyinə görəcəyiz.  

Bir daha qeyd edirəm ki, Ankara Suriyanın ərazi bütövlüyünün tam təmin olunmasında maraqlıdır və ölkənin şimal-şərqində muxtar kürd vilayətinin yaradılmasına imkan verməyəcək.

- Post-Əsəd dövründə Suriyada yeni idarəetmə sistemi hansı şəkildə formallaşacaq? Ölkə hansı şəraitdə idarə olunacaq?

Bu məsələlər barədə indidən proqnoz vermək qeyri-mümkündür. Bu, gələcəkdə müxalif siyasi qüvvələrin müzakirəsində müəyyən olunacaq. Əgər Suriya iki və ya üç muxtar vilayətdən ibarət federativ bir dövlətə çevriləcəksə, bu, ölkə üçün ciddi və ağır nəticələrə gətirib çıxaracaq. Ona görə ki, muxtariyyət əldə bir vilayət sonradan münbit şəraitdən istifadə edib müstəqil dövlət olmaq istəyəcək. 

Post-Əsəd dövründə Türkiyə Suriyada öz geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirəcək, bu ölkədə öz təsir imkanlarını daha da artıracaq. Hesab edirəm ki, Suriyanın gələcək taleyi məhz Türkiyə tərəfindən müəyyən olunacaq. 

Son on dörd ildə Suriyada baş verənlər Türkiyəyə çox ciddi təsir göstərib. Suriyadakı terror təşkilatları, xüsusilə də YPG/PKK Türkiyədə bir sıra terror aktları törədiblər. Terror təhlükəsinin qarşısının alınması üçün Türkiyə müəyyən bir zaman içərisində Suriyada “Fırat Kalkanı”, “Zeytun Dalı” və “Barış Pınarı” adlı hərbi əməliyyatlar həyata keçirib. 

Xatırladım ki, Türkiyədə üç milyondan çox suriyalı qaçqın var. Əsəd rejiminin sona çatmasından sonra suriyalı qaçqınlar sürətli şəkildə öz vətənlərinə dönürlər.  

Bir daha təkrarlayıram, Türkiyə Suriyanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması və qorunmasında, eləcə də bu ölkədə davamlı və dayanıqlı sabit vəziyyətin yaranması üçün əlindən gələni edəcək.
Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri